Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAYAN2
is. dan. Kömək, köməkçi, arxa, himayəçi, havadar. Tellinin fikrinə gəldi ki, gedib Əcəb xalanı özünə hayan çağırsın. S.Hüseyn. Gəhi rəqibə salır meylini, gah aşiqinə; Hayan gəlir - əsir ol bivəfa, külək kimidir. Ə.Vahid. □ Hayan olmaq (durmaq) müdafiə etmək, arxa durmaq, havadarlıq etmək, himayə etmək, himayəçilik etmək. [Xəlil Çimnaza:] ..Indigərək biz bir-birimizə hayan olaq. M.Hüseyn. [Reyhan Əzizə:] Gərək sən [Azərdən] ayrılmayaydın, yaxında qalıb ona hayan olaydın. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....