Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAVAYI
[ər.] 1. zərf İşləmədən, zəhmət çəkmədən, zəhmətsiz. Düşündüm, ən nəhayət şair qəlbimə damdı; Süfrəsində havayı çörək yeyənləri vardı. S.Rüstəm.
zərf Boş yerə, əbəs, nahaq, hədər. Havayı axmasın nə su, nə külək; Tarlada bir qoza qalmasın gərək! S.Vurğun. Qoy hər bir əsgərimiz çox böyük və müqəddəs iş üçün vuruşduğunu bilsin, bir gülləni belə havayı atmasın. Mir Cəlal.
sif. Boş, faydasız, dəyərsiz, mənasız, əsassız. Havayı söhbət. - [Şamama Cadu:] Başına dönüm, elə bilirsən, mən sənə havayı söz deyirəm. Ə.Haqverdiyev. [Qulu:] Qulu heç vaxt havayı söz danışmamışdır. İ.Əfəndiyev.
zərf Pulsuz, məccani, qarşılıqsız. Havayı keçirmədi bir saatı, bir anı; Nizami Gəncəvinin “Leyli-Məcnun “ dastanı; Onu vəcdə gətirdi... B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....