Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAVA1
is. [ər.] 1. Yer atmosferini əmələ gətirən qazların, başlıca olaraq azotla oksigenin qarışığı. Havanın təzyiqi. Şara hava doldurmaq. Təmiz havada nəfəs almaq. Rütubətli hava.
Yeri əhatə edən boşluq, ənginlik; fəza. Quşlar havada uçur. Təyyarə havaya qalxdı. Hava yolları. - Qatar-qatar olub qalxıb havaya; Nə çıxıbsız asimana, durnalar! M.V.Vidadi. Maşın getdikcə külək onun yavaş-yavaş dən düşən yumşaq qara saçlarını havada oynadırdı. I.Əfəndiyev. Hər hansı bir yerdə müəyyən vaxtda atmosferin vəziyyəti (buludluluq, rütubət, yığıntı, hərarət və s.). Yağmurlu hava. Havanın dəyişməsi. Havada rütubət hiss olunur. Payız havası. - Artıq günorta yaxınlaşmış, hava istiləşmiş, quşlar da yemlənib qalına çəkilmişdilər. M.Rzaquluzadə.
Bir yerin sağlamlıq baxımından vəziyyəti, keyfiyyəti. Sağlam hava. Ağır hava. Oranın havası mənə düşmədi. Dağ havası. Bir sərin, saf səhər, gözəlcə hava; Bürünüb yamyaşıl çəmən, səhra! A.Şaiq. Biz hələlik üz-üzə gəlirik küləklərlə; Hələlik çox ağırdır Qaraqumun havası. S.Rüstəm.
□□ Hava almaq - evdən kənarda, açıq havada nəfəs almaq, gəzmək, dincəlmək. [Şeyda:] Azacıq hava almaq üçün dışarı çıxmışdım. H.Cavid. [Fizzə xanım Vahidova:] Dedim, bir az hava alarsan. Bütün günü stola yapışıb qalmısan. Ə.Məmmədxanlı. Hava həyəcanı - havadan təhlükə olduğunu, düşmənin gəldiyini bildirən siqnal, təhlükə siqnalı. Hava işıqlanmaq - səhər açılmaq, dan yeri sökülmək. Hava işıqlanana oxşamırdı. Mir Cəlal. Hava qaralmaq (qaranlıqlaşmaq) - axşam olmaq, axşam düşmək, günəş batmağa başlamaq. Həlim Qüdrətov Sağsağanlıya girəndə hava qaralmışdı. Ə.Vəliyev. Hava sınmaq - soyuqlardan sonra hava yumşalmağa, istiləşməyə başlamaq. Hava şarı - 1) yuvarlaq (sferik) aerostat; 2) içi havadan yüngül qazla doldurulmuş, şarşəkilli uşaq oyuncağı. Hava vannası - bədəni möhkəmləndirmək və ya müalicə məqsədilə açıq havada günəş altında uzanma, özünü günəşə vermə. Havada (havadan asılı) qalmaq - bir məsələnin, işin aydınlaşdırılmaması, həll olunmaması haqqında. [Qoşatxan Kərəmə:] Nə deyirik, hamısı qalır havada. M.Ibrahimov. Başına hava gəlmək - b ax baş.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....