Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HASİL
[ər.] 1. sif. kit. Hüsula gələn, vücuda gələn, ortaya çıxan, törəyən. □ Hasil etmək - 1) almaq, əldə etmək. Izin hasil edəndən sonra Əhməd içəri daxil olub, .. əl-əl üstə qoyub, salam məqamında durdu. (Nağıl). [Tağı Xudayar bəyə:] Mən indi müsinn adamam, özümə görə də təcrübə hasil eləmişəm. Məmmədquluzadə; 2) istehsal etmək. Bu günlər inşaatçılar əsas qüvvələrini enerji hasil edəcək turbinin quraşdırılmasına yönəltmişlər. (Qəzetlərdən). Hasil olmaq - 1) nəticə kimi ortaya çıxmaq, ələ gəlmək. Neçə gün ciddi axtarış getdisə də, bir səmərə hasil olmadı. Ə.Haqverdiyev. [Yaqub:] Əvvəl burada Möhsün bəy çalışırdı. Iki il işlədi, bir nəticə hasil olmadı. B.Talıblı; 2) törəmək, vücuda gəlmək, özünü göstərmək. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. “Koroğlu”. Ana dedim, ürəyimə yanar odlar saçıldı; Ana dedim, bir ürpəriş hasil oldu canımda. M.Müşfiq; 3) yerinə yetmək, həyata keçmək. Hasil oldu Qurbaninin diləyi; Tanımaram nə sultanı, nə bəyi. “Qurbani”. [Fitnə:] Oxu, bülbülüm oxu, hasil olsun diləklər. A.Şaiq; 4) yetişmək, bitmək. Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. Şaiq. Alınıb-satılan yalnız kənddə hasil olan şeylər və heyvanat qismi idi. Ə.Abasov. Hasilə çatmaq - boya-başa çatmaq. Layla deyim yatınca; Gözlərəm ay batınca; Canım cəzanə gəldi; Sən hasilə çatınca. (Layla). Hasilə gəlmək - 1) bitmək, yetişmək, əmələ gəlmək. Pambıq isə torpaqda bitir, bizim yerlərdə hasilə gəlir. Ə.Vəliyev; 2) hazırlanmaq, hazır olmaq. Plov hasilə gələndən sonra Müşgünaz süfrəni hazırladı. Ə.Vəliyev;
yetişdirilmək, hazırlanmaq. [İrəvan darülmüəlliminindən] ancaq otuz, artıq başı qırx nəfərə kimi müəllimlər hasilə gəlibdir. F.Köçərli. Hasili-kəlam köhn. - sözün qısası, xülasə, müxtəsər. [Xarrat:] Hasili-kəlam, bəşər uşaqları heç də nəzər-diqqətə alınmır. T.Ş.Simurq. Qənaət hasil etmək - bax qənaətə gəlmək (“qənaət”də). Zəki Məmmədbağırın xəriflədiyinə qənaət hasil etdi. S.Hüseyn. Nə hasil? klas. - nə xeyri? nə olsun? nəticəsi yoxdur. Doğru yola getmədim, nə hasil? Bir mənzilə yetmədim, nə hasil? Füzuli. Yüz il başın yerə döysə, nə hasil; Zahidin bihudə ibadətindən. Q.Zakir. // Nəticə kimi ortaya çıxan şey; nəticə, səmərə. Səng şikəst eylədi balü-pərim; Banlamağın hasilini anladım. M.Ə.Sabir.
köhn. bax məhsul 1-ci mənada. Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir. Birpud buğda əkib əvəzində ikiyüzpud hasil alırlarmış. S.Hüseyn.
is. riyaz. Vurma əməlində alınan rəqəm.
ilə 3-ün hasili 6-dır.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....