Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HASAR
is. [ər.] 1. Daşdan, kərpicdən və s.-dən tikilən hasar; barı, sədd. Bağın hasarı. Hasardan aşmaq. - Böyük bir qala var, dörd yanı hasar; Daşında paslanmış əski yazılar. S.Vurğun. Arxa tərəfdən taxta hasarın kiçik qapısı vardı. Q.İlkin. □ Hasar çəkmək divar tikmək, barı çəkmək, hasarlamaq. Bağın ətrafına hasar çəkmək. // məc. Bir şeyin birləşməsinə, yaxınlaşmasına mane olan şey; maneə, sədd. □ Hasar çəkmək - mane olmaq, maneə yaratmaq. Sorağını alsam elə bu gün sənin uzaqlardan; Məhəbbətə hasar çəkməz nə ayrılıq, nə də zaman. S.Vurğun.
Hasarı, çəpəri xatırladan adam, ya şeylər sırası. Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və əlillər... sədəqə diləyirdilər. Çəmənzəminli. Heyət üzvləri dəmir və polad silahlardan düzəlmiş hasarın içərisi ilə keçib Atabəy bağına gedirdi(lər). M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....