Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HARAY
1. nida. Dad, aman, vay, dad-fəryad, dad-fəğan. Haray, kim nə dilim var, nə dil anlayanım. Qövsi. Haray, ey şerimin tunc qanadları; Fikrimin, hissimin ceyran atları. M.Müşfiq.
is. Qışqırıq, hay-küy, cığır-bağır, bağırtı səsi; qışqırıq-bağırıq. Məscidi doldurur haray, qışqırıq; Qarğış, hədələmə, söyüş, fısqırıq. S.Vurğun. Kənddə qulaqbatıran bir haray vardı. M.Hüseyn. □ Haray çəkmək (qoparmaq) - b ax haray salmaq 2-ci mənada. Qatar yaxınlaşır haray çəkərək; Gözətçi özünü itirir bu an. B.Vahabzadə. Balta durmadan yarır; Motor haray qoparır. İ.Səfərli. Haray etmək - bax haray salmaq 1-ci mənada. Bir çoban bir gün etdi dağda haray; Canavar var, - dedi, - gəlin, ey vay. M.Ə.Sabir. Haray salmaq - 1) qışqırmaq, bağırmaq, çığırmaq, haray etmək. Kəndə bir az qalmış qoca qabağa gedib səsi dolusu haray saldı. S.Rəhimov; 2) səs-küy salmaq, gurultu qoparmaq, gurultu salmaq (qoparmaq). Haray salıb dağa-daşa; Köpüklü çay daşa-daşa; Axar uca qayalardan. Vahabzadə.
is. Kömək, imdad. [İskəndər xan:[ ..Atamdan mənə bir haray olmayacaq, qalmışam naçar. N.Vəzirov. [Fazil:[ Vallah, mən özüm də məəttəl qalmışam, çünki o dəli övrətdən də, deyəsən, bir haray yoxdur. Məmmədquluzadə. □ Haraya gəlmək (yetmək, yetişmək, çatmaq) - köməyə gəlmək, imdada yetmək. [Ağa:[ Haraya gəlincə itlər məni bu gördüyünüz halətə saldılar. Ə.Haqverdiyev. Qız müəllimin harayına çatmaq istədi. S.Rüstəm. Ona yetmək üçün haraya dostlar; Aldı təyyarəni araya dostlar. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....