Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HARADAN
sual əvəz. Hansı yerdən? hayandan? hansı tərəfdən? Haradan gəlirsən? Haradan almısan? Haradan gəlmisənsə, oraya da getməlisən. Onun əsli haradandır? [Murad] Nigar kimi gənc, gözəl, çocuqlarına mehriban bir qadını haradan tapacaqdı? S.Hüseyn. Bu çayların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. M.Hüseyn. // Haradansa şəklində - hansı yerdənsə, hayandansa (naməlum, bəzən gözlənilməz bir şey haqqında). Haradansa uzaqdan güllə səsi eşidildi. - ..Haradansa əsib gələn .. bir sazaq insanın iliyinə işləyirdi. M.İbrahimov. Fəhlələr haradansa xörək tapıb gətirmişdilər. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....