Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAMARLAMAQ
f 1. Yerin və ya bir şeyin səthini hamar hala salmaq, hamar, düz etmək, düzləndirmək. Taxtanı rəndə ilə hamarlamaq. - Dənizin şıltaq ləpələri.. qumu təzədən hamarlayırdı. H.Seyidbəyli. Əhməd .. uzun qəlyanı.. kisənin içinə salıb xeyli eşələdi, gözəyarı tütünlə dolduğunu müəyyən edib çıxartdı. Baş barmağı ilə basıb hamarladı. İ.Şıxlı.
2. Qarışmış, qırışmış bir şeyi düzəltmək, səliqəyə salmaq. Saqqalını hamarlamaq. Qaraşa baxmadan [Salman] yaxasını hamarladı, özünü düzəltdi.. M.İbrahimov. Zöhrə gah mis sənəyin ora-burasını silir, gah da sənəyin qulpuna bağlanmış çatının qotazlarını hamarlayırdı.. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....