Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAMAN
[fars.] 1. Göz önündə olmayan və ya uzaqda olan bir şeyi və ya şəxsi göstərmək üçün işlədilən əvəzlik - o, özü. Haman kitab. Haman oğlan. - Haman gündən işə başladım. Qantəmir. Haman qız bütün səyahətçilərin qəlbini özünə məftun etmişdi. M.S.Ordubadi.
2. zərf Əlüstü, dərhal, o saat, tez. Aradan keçmədi bir öylə zaman; Bu dönüş Gülnazı sarsıtdı haman. M.Müşfiq. [Ceyniz:] Qardaşımın sözləri bir ox olaraq atamın ürəyinə sancıldı, haman bağırdı. Çəmənzəminli.
haman-hamanbax haman 2-ci mənada.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla