Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HALQALANMAQ
məch. 1. Quşun ayağına və ya balığın quyruğuna halqa keçirilmək. Halqalanmış (f.sif.) quş başqa bir yerdə öldürüldükdə quşun ayağında olan halqa göstərilən ünvan üzrə lazımi yerinə göndərilir, .. quşun vurulduğu yer və tarix xəbər verilir. “Zoologiya”.
Dövrəyə alınmaq, mühasirəyə alınmaq, dövrələnmək. Halqa kimi olmaq, halqa şəklinə düşmək, burum-burum olmaq. [Kərəm:] Oynadı, külahı düşdü sərindən; Halqalandı zərif tellər, oynadı. “Əsli və Kərəm”. Yel əsdi, meşə dindi; Sərvlər silkələndi; Suya qağayı endi; Halqalandı dalğalar. N.Xəzri.
məc. Təəccübdən, heyrətdən və s. bərələ qalmaq. Qonşumun gözləri halqalandı. Birinci dəfə idi ki, o, qızından belə “iftira” eşidirdi. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....