Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HALQA

is. 1. Çənbər, qurşaq, dairə şəklində gərək (əsasən metaldan olur). Qaratoyuq ayağını cələdən çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. S.S.Axundov. Səlim də quşları tutmaq, ayaqlarına yüngül alümin halqa taxmaq işində elmi işçilərə kömək edirdi. M.Rzaquluzadə. // Kilid əvəzinə və ya qıfılı keçirmək üçün qapıya (bəzən də pəncərəyə) vurulan həmin formada alət. Böyük qapının böyük halqası olar. (Ata. sözü). ..Durdum, getdim, ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var, qarmağı da keçirtdim halqaya, soyundum və yıxıldım yatdım. C.Məmmədquluzadə. // Bəzək üçün və ya evlilik simvolu kimi barmağa taxılan həmin formalı əşya; qaşsız üzük. Göylərin sanki bu Göygöl kimidir; Halqa üstündəki zümrüd kimidir. M.Müşfiq. [Fitnə:] Biz çoxdan bağlıyıq bir-birimizə; Nə gərək bu qızıl halqalar bizə! A.Şaiq. // Adətən cəm şəklində, idm. Asılmış iki çənbərdən ibarət gimnastika aləti. // Ümumiyyətlə, halqaya, çənbərə oxşayan hər şey.
Zənciri əmələ gətirən dairəvi hissələrdən hər biri. Dövlət quruluşu belədir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin halqası kimi bir-birinə bənd olubdur. M.S.Ordubadi. Həmin formada olan hər bir şey. Tüstü halqaları. - Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı, qaranlığın halqası parçalandı. M.Ibrahimov. // Dairə, dövrə. Getdikcə oynayanların halqası böyüyürdü. S.Hüseyn. Halqa vurmaq - dairə vurmaq, dövrə vurub oturmaq. Qoca ləzgi bir daş üzrə oturmuş; Ətrafında kənd əhli halqa vurmuş. Səhhət. Dəstə halqa vurub oturmuşdur. S.Rəhimov. // Dövrələyən, mühasirəyə alan, qapayan şey; mühasirə. Düşmən halqasını yarıb keçdilər. □ Halqaya almaq - mühasirəyə almaq, dövrələmək, əhatə etmək. [Fərid:] Böyük bir izdiham sarayı halqa içərisinə aldı. M.Hüseyn. Bir neçə atlı şimşək sürətilə xanı və bəyləri halqaya almış düşmənlər üzərinə şığıdı. M.Rzaquluzadə.
Bax hədəqə. [Gülnaz] sözünün dalını deyə bilmədi. Halqasından çıxmaqda olan ala gözlərini Firiduna dikib susdu. M.İbrahimov.
halqa-halqa sif. Halqalar şəklində, burumburum. Kərbəlayı Qurban ayaqlarını uzadıb, çubuğu almışdı damağına və hərdənbir ağzından halqa-halqa tüstü çıxarırdı. Çəmənzəminli. [Nəbi:] Həcərin saçları dalğadalğadır; Ipək birçəkləri halqa-halqadır. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....