Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

HALƏ

is. [ər.] Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsi. Fikrini, qəlbini çalmışdı əlan; Mahtabın sulara düşən haləsi. S.Vurğun. Dağıtma gül üzə zülfün ay üzrə halə kimi; Şərabdan bir əsər var ləbində lalə kimi. Ə.Vahid.
□□ Halə qurmaq (vurmaq) - dairə vurmaq, dövrə vurmaq, halqa vurmaq. Aydınlıq gecədə gözəl bir çeşmənin kənarında cavanlar halə qurub, əyləşib, növbə ilə oxuyubçalanlara qulaq verirdilər. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....