İzahlı lüğət

HALAL

sifl [ər.[ 1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən (haram əksi). // köhn. Kəbinli, nikahlı; qanuni. Əsmər yenə şəriətin hökmüncə [Məmmədbağırın[ halal arvadı olub qalırdı. S.Hüseyn. // İs. mənasında. köhn. Kəbinli arvad. [Cavad bəy:[ Müqabilinizdə oturan arvad ağıllı və dövlətli bir şəxsin halalıdır. İ.Musabəyov.
məc. Zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş. [Yaşlı kişi tacirə:[ Sən mənim xeyir-bərəkətimi qaçıracaqsan, sən mənim halal malıma haram qatacaqsan!.. - deyərək uzun-uzadı deyinərdi. S.Hüseyn. Onun halal çörəyilə qüvvət gəlir Ürəklərə; Bərkiyərək polad olur övladımın sümükləri. S.Rüstəm. // məc. Halal şey qazanmaq, əldə etmək üçün çəkilən, sərf edilən. İmran kişinin nəzərində Dilman başqalarının halal əməyi ilə öz eyiblərini örtən bir adamdı. M.Hüseyn. Halaldır şəklində - bax halal olsun!
□□ Halal etmək köhn. - borcunun, yaxud vaxtilə etmiş olduğu pisliyin üstündən keçmək, bağışlamaq. [Xan:[ Arvad, ay gözəl arvad, bircə asudəlikdə qədrini bilmədim. Məni halal elə. Çəmənzəminli. [Səriyyə:[ Ah! Hüsniyyə.. Məni halal elə, doqquz il səninlə bir məktəbdə bacılıq etmişəm. C.Cabbarlı. Halal xoşun(uz) olsun! - bax halal(ın) olsun! [Əliməmməd eşikağasına:[ Elə bu yUz əşrəfini gətirə bildim, sənə peşkəşdir. Yuxarıda Allah, yerdə sən, halal xoşun olsun. Çəmənzəminli. Halal(ın) olsun! - bir şeyi könüllü, əvəzsiz olaraq birinə verəndə deyilir - halaldır, halal xoşun olsun. Halal olsun İskəndərə; Unudub dünya cifəsin; Tabe olub peyğəmbərə.. Aşıq Ələsgər. Halal süd əmmiş namuslu, düz, təmiz vicdanlı. [Kərbəlayı:[ Doğrudan arvad, bir halal süd əmmişini tapsa idin, yaxşı olardı. Çəmənzəminli. [Südabənin anası:[ Oğlum, Firidun, sən mənim oğlumsan, halal süd əmmiş bir adama oxşayırsan. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed