Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAQQ-HESAB
is. [ər.] 1. Hər hansı hesablamanın nəticəsi; hesablama, hesab. Hamı işdən çəkilib çıxdığı halda, mühasib çıxmaq istəmir və əlindəki haqq-hesabı başa çatdırmağa çalışırdı. S.Rəhimov. Zülfüqar çox tutqun idi. Haqq-hesab düz gəlmədiyi üçün hirslənir, dodağını gəmirirdi. B.Bayramov.
Hesabat. ..Katib haqq-hesab məruzəsində Gülyanağın adını çəkdi, onu .. təriflədi. Ə.Vəliyev. [Muxtar Şahinə:] Durub bir sənə də haqq-hesab verim? B.Bayramov.
Say-hesab. Professorun Mehman haqqında olan tərifləri haqq-hesaba gəlməz oldu. S.Rəhimov.
□□ Haqq-hesab çəkmək - 1) hesabat tələb etmək; 2) hesablamaq, hesab etmək, saymaq. [Məzahir Qönçəyə:] Dünən də bir abbasımı kəsmisən, haqq-hesabı düz çək, sonrası yaxşı olmaz. B.Bayramov; 3) məc. qisas almaq, öc almaq, hesablaşmaq. O bizimlə haqq-hesab çəkir. - [Koroğlu:] Çək atları, yəhərlə, gedib, Həsən xanla haqq-hesabımızı çəkək. “Koroğlu”. Haqq-hesabı çürütmək (üzmək) - 1) aralarında olan məsələni qəti həll edib qurtarmaq. [Cahandar ağa] Molla Sadıqla birdəfləlik haqq-hesabı çürütmək istəyirdi. İ.Şıxlı; 2) məc. əvəz çıxmaq, intiqam almaq, öc almaq, hesablaşmaq. [Ağagül Nəcəf bəyə:] Təəssüf ki, səninlə haqq-hesabı çürütməyə vaxt qalmadı, dayı! Ə.Məmmədxanlı. Haqq-hesabını vermək - işdən qovmaq, çıxarmaq. [Yaşlı kişi:] Əgər həmin qulluqçu ikinci dəfə də belə bir unutqanlıq etsə idi, [tacir] haqq-hesabını verməklə “xoş gəldin “ - deyib qovardı. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....