Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAQQ2
is. [ər.] 1. Allah, Tanrı. Tək-tək ayılan varsa da, haqq dadıma çatsın; Mən salim olum, cümlə cahan batsa da, batsın. M.Ə.Sabir. [Qurban:] Nə deyim, haqqın kərəminə şükür. Ə.Haqverdiyev. Haqqı şəklində - and olsun, and içirəm. [Nənəxanım:] Ay kişi, atanın goru haqqı heç zadım yoxdur. Nəyim var ki, ay başıdaşlının oğlu? Çəmənzəminli. [Leylək Ələmdar:] Qurani-mürsəl haqqı, mənim bu dükanı dağılan kişinin boğulmağına əsla .. gümanım gəlməz. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla