Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
HAÇA
is. və sif. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer. Alçaq əncir ağacının əyri haçasında oturan iki nəfər qara, yanıq oğlan uşağı bir-birinə püstə qabığı atırdı. Mir Cəlal. Tut ağacının balkona enmiş haça budağı arasından sayrışan ulduzlar görünürdü. İ.Hüseynov. // Ümumiyyətlə, haça şəklində olan. Dağın haça zirvəsi. Giziroğlu Mustafa bəyin bir şeşpəri var idi ucu haça. “Koroğlu”. Sinə dümağ, quyruq haça; Bir quş qondu bir ağaca. M.Dilbazi. // məc. Üstüörtülü, ikibaşlı. Ataş [Mirzənin suallarındakı] haça mənanın fərqinə varmadan cavab verdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....