Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ALAY
is. 1. Camaat, kütlə, böyük dəstə, izdiham, çoxlu miqdarda adam. Çinardan tökülən sarı yarpaqlar, yavaş-yavaş irəliləyən bir cənazə alayının ayaqları altında .. xışıltı ilə səslənirdi. H.Nəzərli. Zeynal matəm alayını təqib edənlərə məxsus məyus addımlarla sahil boyu ilə evə qayıdırdı. S.Hüseyn.
2. Diviziya tərkibinə daxil olan müstəqil qoşun vahidi; polk. On altıncı Minqrel alayının bir rotası və yüz nəfər kazak Bakıya gətirilmişdir. M.S.Ordubadi. Topçular alayı gəlir arxadan; Fırlanır dolaşıq təkər səsləri. S.Vurğun. Diviziyanın alayları, hər alayın bölükləri kənd aralarında, meşəliklərdə, dağda-daşda yerləşmişdi. S.Rəhimov.
alay-alay zərf Dəstə-dəstə, böyük dəstələr halında, izdihamla. Gəlin alay-alay! Gəlin nəsillər; Hamımız bir nəfəs, bir ürək kimi. S.Vurğun. Gəzərkən buludlar hey alay-alay; Arxadan boylanır sarı saçlı ay. R.Rza. Bizim əsgər sıraları; Keçirdilər alay-alay. N.Rəfibəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....