Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ALA-BƏZƏK
sif. 1. Müxtəlif rənglərdən ibarət, rəngbərəng, ala-bula. Ala-bəzək parça. Ala-bəzək qutu. Ala-bəzək xalça. Ala-bəzək xoruz. - Bir dəfə bağda alabəzək bir qurdu yarpağa büküb gətirdim. S.S.Axundov. [Ceyran] xalasının da nəzərini ala-bəzək şəkillərə cəlb etmək istəyirmiş kimi bu vərəqləri çevirməyə tələsmədi. Ə.Əbülhəsən.
□ Ala-bəzək bənövşə - çiçəklərinin böyüklüyü və əlvanlığı ilə adi bənövşədən fərqlənən becərilən gül bitki.
2. məc. Çox şit və bir-birini tutmayan rənglərdə olan. Ala-bəzək paltar. Ala-bəzək tuman. Ala-bəzək köynək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....