Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AL2
is. köhn. Hiylə, məkr, yalan. Aldandılar, aldanmadıq dünyəvi məkrü alına. Nəsimi. Onun hər muyunda yüz min qal oldu; Qaşı fitnə, qəmzəsində al oldu. Qurbani. Canım aldın mey üçün, saqi, içirdin mənə qan; Dad əlindən ki, məni al ilə məğbun etdin. Füzuli.
□□ Al dil - hiylə, məkr, aldatma, yalan. [Səmayə] özü bir yaxşı ictimaiyyətçi qızdı; Heydərov onu al dillə aldadıb yoldan çıxartmışdır. Mir Cəlal. Al dilə tutmaq - aldatmaq, tovlamaq, hiylə işlətmək. [Ələmdar:] ..Bəy məni al dilə tutub bu dörd divarın arasına gətirib.. S.Rəhimov. Ala düşmək şərə düşmək, kələyə düşmək, tora düşmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....