Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AL1
1. sif. Qırmızı. Al bayraq. Al qan. Al şəfəq. - Al yanaqların sanasan ki, qızılgül xərməni; Tər zənəxdaninə baxdıqca cünun eylər məni. M.P.Vaqif. Sənə al don yaraşır, niyə qarə geymisən sən; Məgər aşiqin ölübdür, sənə bu əza neçindir? S.Ə.Şirvani. Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı. S.Vurğun.
// is. Qırmızı paltar, al parça. Saqqalı ağ olanın qiymətidir bir qara pul; Gər girsən bəzənib gündə yaşıl, al içinə. M.P.Vaqif. Qərq olsun yaşıla, ala sərasər; Naz ilə sallana-sallana gəlsin! Q.Zakir. [Qəribin anası:] Gəlişin haradan, bazirganbaşı?; Sən alıb-satırsan alı, qumaşı. “Aşıq Qərib”.
□ Al geymək məc. - bəzənmək, qızarmaq. Al geyib qızarır yenə üfüqlər; Bir azdan gözünü açacaq səhər. S.Vurğun. Kəndimiz bəzənib süsən, sünbülə; Bağlar geyib al, başına döndüyüm. (Qoşma).
Qızmar, yandırıcı. Gecələr ayazda, gündüzlər al gün altında gəmi muzdurunun zəhməti hər bir zəhmətdən fövqdür. S.M.Qənizadə.
is. köhn. Qadınların üzlərinə, dodaqlarına sürtdükləri qırmızı boya, ənlik.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....