Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AQİBƏT
is. [ər.] Son, axır, nəticə, nəhayət. [Piri baba:] Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. S.S.Axundov. Xəyalən hər ikisi gələcəyi, başladıqları işin aqibətini düşünürdü. M.İbrahimov.
// Ara söz mənasında. Ey Nəbati, nə qədər var isə ömrün, xətt yaz; Aqibət, bir gün olur kim, gəli bir karə bu xətt. Nəbati.
// Zərf mənasında. Axırda, nəticədə. Dərdinə bulunmaz oldu dərman; “Məcnun ” dedi, verdi aqibət can. Füzuli. Gövhəri-əşkin kimi düşdün nəzərdən aqibət; Noldu, ey miskin könül, bir söylə təqsirin sənin? S.Ə.Şirvani. Çəksə hər kim ki bir qədər zəhmət; Olar, əlbəttə, aqibət rahət. A.Səhhət.
□□ Aqibətin(iz) xeyir! (xeyir olsun!) “sabahın (axşamın) xeyir!”ə cavab olaraq işlədilən ifadə. [Cavanşir:] Aqibətiniz xeyir! Haradan belə, övladlarım? M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla