Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AXTALAMAQ
f 1. Axta eləmək; heyvanın, ya insanın erkəklik vəzilərini çıxartmaq; burmaq. Dananı axtalamaq. Qoçu axtalamaq. - [Müfid:] Həkimlər və cərrahlar çağırdı, onların hamısı dedilər ki, bu iş ancaq körpəlik zamanında mümkündür. Hazırda bunları axtalamaq yazıqları məhv etmək deməkdir. M.S.Ordubadi.
Meyvənin tumunu (çəyirdəyini) çıxartmaq. Zoğal axtalamaq. - Birbəbir yadına sal cümlə unutduqlarını; Qış üçün axtalayıb yayda qurutduqlarını. M.Ə.Sabir.
məh. Yəhərin qaltaq taxtasının üstünə gön çəkib tikmək. Qaltaq axtalamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....