AXMAQLIQis. Səfehlik, ağılsızlıq, giclik. Axmaqlığından başına bu işlər gəldi.
Bunlarda yeganə bir fikir, müstəqil bir əqidə axtarmaq, cahillik və axmaqlıqdır. M.S.Ordubadi. // Axmaq hərəkət, axmaq iş. Axmaqlıq etmək - axmaq iş tutmaq, ağılsızlıq etmək, axmaq hərəkət etmək, anlamazlıq göstərmək. [Mərcan bəy:] Qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Ü.Hacıbəyov. Dostlarınızla paylaşın!
|
Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın. |