Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

AXMAQ2

sif. Səfeh, ağılsız, gic. Axmaq adam. - Əlhəq, münəccimbaşı dəxi görünür ki, çox axmaq imiş. M.F.Axundzadə.
// Mənasız, boş (söz, hərəkət, iş və s.). Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir. [Rüstəm bəy:] Həsənqulu bəy, Rza bəy, sizin üçün eyib olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Ü.Hacıbəyov. [Tarverdi:] Mən özüm də istəməzdim onun axmaq sözlərini söyləyim. C.Cabbarlı.
// Zərf mənasında. [Tubu:] Axmaq danışmıram, sözün gerçəyini mən deyirəm. Ə.Haqverdiyev.
// Bəzən söyüş kimi işlənir.
axmaq-axmaq zərf [Həmzə bəy:] Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....