Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
AXIŞMAQ
f 1. Axıb bir yerə yığılmaq, hər tərəfdən axıb gəlmək, axıb tökülmək; axmaq. Çöl suları axışıb dərəyə tökülür.
Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq.
2. məc. Axın halına gəlmək, getmək, yayılmaq (bəzən “axışıb gəlmək” şəklində işlənir). Böyük xalq kütləsi meydana axışırdı. - Yurdun hər bucağından igidlər, pəhləvanlar, oxatanlar, .. məşhur ozanlar axışıb gəlmişdi. M.Rzaquluzadə. Axşama yaxın şairin xaraba kəndə gəldiyi xəbəri .. kənd əhalisi arasında yayılırkən, hamı axışıb kəndə doğru üz tutdu. Ə.Məmmədxanlı. Minlərcə gənclər kitab üçün axışıb gəlirlər. Mir Cəlal.
// Pərakəndə halda hərəkət etmək, getmək. Buludlar parçalanıb cənuba doğru axışmağa başladı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....