Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AHU
is. [fars.] 1. Ceyran. Ətirlərimizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. C.Məmmədquluzadə. Məstan bir qaçan ahuya dönüb, indi kəməndə gəlmir. S.Rəhimov.
Şairanə təşbihlərdə: dilbər, gözəl. Aşiqidilxəstəni hərdəm sorar, ahu gəlir. Xətayi. Möcüz budur ki, ahuya ahu şikardır. Heyran xanım.
□ Gözləri ahu, gözü ahu - b a x ahugözlü. Ey badi-səba, qasidi-müşkinə rəvayih; Ol gözləri ahuyə qıl əhvalımı vazih. S.Ə.Şirvani. Ahu gözlər - iri və gözəl gözlər. Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü: qara, ahu gözlərdə odlu yaşlar parlayırdı. Çəmənzəminli.
□□ Ahuyi-xəta, ahuyi-xətən - əsil mənası “Çin ahusu” olub, klassik şeirdə gözələ, dilbərə işarədir. Bənzər ahuyi-xətayə rəvişin filcümlə; Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir? Q.Zakir. Çin əhlinə göstər gözəlim, çeşmlə zülfün; Fəxr etməsin ahuyi-xətən, müşki-tərim var. Ə.Vahid.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....