Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

AHƏSTƏ

sif. və zərf [fars.] Asta, yavaş, ağır, üsullu. Dərənin hər iki tərəfindən bitmiş yüzillik palıd və fıstıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətlidir. M.F.Axundzadə. Ey dil, amandı, sirrini biganə bilməsin; Ahəstə zülfi-yardə yat, şanə bilməsin! M.Ə.Sabir. [İlyasov] bir az cəsarətsizlik hiss olunan ahəstə səslə əlavə etdi. Mir Cəlal.
ahəstə-ahəstə zərf Yavaş-yavaş, ağır-ağır. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş ay bunların arasında ahəstə-ahəstə məbhut gəzib, dünyaya tamaşa edirdi. Ə.Haqverdiyev. Günəş dağın dalından ahəstə-ahəstə çıxırdı. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....