Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AHƏNRÜBA
is. [fars.] bax maqnit. Ahənrüba - yunanca miqnatis, rusca maqnit, bu bir cövhərdir ki, dəmiri cəlb edir. C.Məmmədquluzadə. Məlumdur ki, ahənrübani dəmirin yanına gətirəndə onu çəkir. H.Zərdabi.
// məc. Cəzbedici qüvvə, cazibə. Onda sanki ahənrüba var idi. - Könül qərq oldu əşki-alə, lakin tazə can tapdı; Su içrə qalsa da xasiyyəti-ahənrüba getməz. S.Ə.Şirvani. Bu sözlər elə bil hamını ahənrüba kimi özünə çəkdi. S.Rəhman.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....