Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AHƏNG
is. [fars.] 1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur. - Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi. S.S.Axundov.
// Məc. mənada. Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdən-birə dəyişdirdi. M.S.Ordubadi. ..Hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona [Firiduna] baxıb gülümsəyirdi. M.İbrahimov.
məc. Gözəl səs, avaz. Bu səs Jenyanın qulağında başqa bir ahənglə cingildədi. M.S.Ordubadi. [Mirzə Valeh] bülbüllərin min bir nəğməsini dinləyir, .. axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu. S.Rəhimov.
// Ton. Balacayev acıqlı bir ahəng ilə:
Bəs bu gün haranız ağrıyır? - deyə soruşdu. S.Rəhimov. Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. Mir Cəlal.
Nəğmə, mahnı, hava. Səhər bülbüllər əfğanı deyil bihudə gülşəndə; Füzuli, naleyidilsuzinə ahəng tutmuşlar. Füzuli. Oxu şiddətlə bir ahəngi-hicaz; Ucadan başla, oxu bir avaz. S.Ə.Şirvani. Bizi ahənglərin şad eylər; Qəlbi yatmışları irşad eylər. A.Səhhət.
□□ Ahəng qanunu dilç. - əsasən türk dillərində: sözlərdə, həmçinin kök və şəkilçilərdə qalın saitlərin qalınları, incələrin incələri izləyib, bir-birinə uyğunlaşması hadisəsi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....