Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AĞUŞ
is. [fars.] Qucaq. [Tapdıq:] Bəs eylə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı. Biz onun [vətənin] ağuşunda göz açmışıq, - o bizim hamımızın əziz anamızdır. Ə.Məmmədxanlı.
// Məc. mənada. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir.
□ Ağuşuna almaq
1) qucaqlamaq; 2) məc. qaplamaq, əhatə etmək. Silah səslərinin gurultusu, patıltısı, pulemyot atəşinin şaqqıltısı kəndi öz ağuşuna alıb əridirdi. M.Hüseyn. Ağuşuna çəkmək
b a x ağuşuna almaq 1-ci mənada. Hər gül öz yarını çəkib ağuşə; ..Yatma, yatma, ayıl, sən də gəl huşə. Nəbati. Ağuşə çəkib arizi-ziybanı şəbü ruz; Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz. S.Ə.Şirvani. Sakit dəniz dalğalanıb o vaxtda gəldi cuşə; Qucaqlayıb məhəbbətlə çəkdi onu ağuşə. A.Səhhət.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....