Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
It is exist
AĞSAQQAL
sif. və is. 1. Saqqalı ağarmış, qoca. [Bayraməli:] Belə tərbiyət sahibləridirlər ki, ağsaqqal ataları gəlir otağa, .. heç biri yerindən tərpənmək istəmir. N.Vəzirov. Baqqal dükanı qarşısında toplanıb söhbət edən ağsaqqallar, məhəllə cavanları bir para sözlər danışırdılar. H.Nəzərli.
// Ümumiyyətlə, qoca, yaşlı.
“Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil, “Molla Nəsrəddin” mənim bir neçə əziz yoldaşlarımın məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. C.Məmmədquluzadə. İndi bu qürbət şəhərdə ağsaqqal vaxtımda bir tikə çörəyin dalınca düşüb gəzirəm. Çəmənzəminli.
2. məc. Bir ailənin, elin, cəmiyyətin ən yaxşı və hörmətli adamı, başçısı. İkinci məclis vaqe olur Danabaş kəndinin ağsaqqal və mötəbəri Hacı Namazalının həyətində. C.Məmmədquluzadə. Camaat bir neçə nəfər ağsaqqal intixab edib, məsləhət üçün haman bəyin yanına göndərdilər. Ə.Haqverdiyev. Qabaqda kəndin ağsaqqalları, qadın və qızları, dallarınca gənclər, uşaqlar qarşımıza çıxdılar. S.Rüstəm.
Ağsaqqallar şurası (məclisi) - müxtəlif təşkilatlarda bəzi orqanların adı (məs.: nümayəndə rəhbərlərinin, fraksiya başçılarının şurası və s.).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....