Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ABİDƏ
is. [ər.] 1. Tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. İndi Nizaminin qəbri üstündə 17 metr hündürlüyündə bir abidə yüksəlməkdədir.
Qədim dövrlərə aid mədəniyyət əsəri. Arxeoloji abidələr. Xalq yaradıcılığı abidələri. Yazılı abidələr. Qız qalası Azərbaycan maddi mədəniyyətinin ən qiymətli abidələrindəndir. - Bu meşəlik, qocaman ağaclar, qədim qalalar abidələrlə dolu idi. S.Rəhimov.
məc. Yadigar. Onu özüm çəkmişəm, haman şəkil mənim son sevgilimin unudulmaz abidəsidir. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....