Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AĞLAR
sif. Ağlayan, gözüyaşlı, gözü yaşla dolu. Kişi ağlar gözilə qıldı fəğan; Söylədi oğlu: - Ağlama, babacan! M.Ə.Sabir. Seyid ağlar gözü ilə başladı: - Mən Kirmanşahda ikən gecə röyada cəddimi gördüm. Ə.Haqverdiyev. Ağlar gözümdə qanə dönər əşki-həsrətim. H.Cavid.
// məc. Qüssəli, ələmli, kədərli, fəlakətli, müsibətli.
□□ Ağlar günə düşmək - b a x ağlar (günə) qalmaq. Ağlar (günə) qalmaq - yiyəsiz qalmaq, xaraba qalmaq, bədbəxt olmaq, müsibətə düşmək. Ağlar (günə) qoymaq - bədbəxt etmək, dərdə salmaq, müsibətə salmaq. Nə sövdadır yenə düşüb başına; Oğul, gedib, ağlar qoyma sən bizi. “Aşıq Qərib”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....