Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AĞLAMAQ
f 1 Şiddətli ağrı, ruhi sarsıntı və ya başqa bir ağır təəssürat nəticəsində göz yaşı axıtmaq. Sevincdən ağlamaq. Sancıdan ağlamaq. Uşaq ağlayır. - Gözüm yaşı qəmimdən ağlamaqdan döndü dəryaya; Məni axır həlak eylər bu çeşmi-xunfəşan sənsiz. S.Ə.Şirvani. Firidun onun [Şəmsiyyənin] ağladığını və ya güldüyünü təyin edə bilmirdi. M.İbrahimov. Ağca ağlaya-ağlaya (z.) onun [ərinin] dalınca gələrək, yuxusunu nağıl edib dedi.. Ə.Əbülhəsən.
□ Acı-acı ağlamaq - yanıqlı-yanıqlı ağlamaq.
məc. Yas tutmaq, matəm saxlamaq. [Mirzə Fətəli:] Ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun! Ə.Haqverdiyev.
məc. Həyatından, yaşayışından, vəziyyətindən şikayətlənmək.
məc. Yalvarmaq, yalvara-yalvara istəmək.
□ Ağlayıb-sızlamaq (sıtqamaq) ağlayıb yalvarmaq, yalvarıb-yaxarmaq, ürəkdən ağlayıb yalvarmaq.
Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: gününə ağlamaq, qan ağlamaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....