Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AĞIZ-BURUN
is. dan. Surət, sifət.
// Zahiri görünüş, görkəm. [Pası:] Ucqardakı ağzıburnu hisli kaha kimindir? S.Rəhimov.
□□ Ağız-burun bəhəm eləmək - təşəxxüslənmək, özünü çəkmək, həddini aşmaq, başa çıxmaq, qudurmaq. [Salamov:] ..Sən [Ağamov] indi belə ağız-burun bəhəm eləmisən ki,.. mənim quyularımı hasara alırsan? C.Cabbarlı. [Cahil:] Adə! Belə ağız-burun bəhəm eləmisən ki, mənim sözümün qabağına söz deyirsən? H.Sarabski. Ağız-burun əymək - narazı olduğunu bildirmək, küsmək, deyinmək. Ağzı-burnu düşmüş - yararsız, sınıq, yaraşıqsız, eybəcər.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....