Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AĞIRLIQ
is. 1. Ağır şeyin halı (yüngüllük ziddi). Yükün ağırlığı. Daşın ağırlığı.
Ağır şey, yük. Ağırlıq qaldırmaq. Ağırlıq qaldıran idmançı. - Qəssab bilmədi ki, bu xalqın nədən; Özü ağırlıqda qəm yükü vardır... B.Vahabzadə.
“Ağır”dan mücər. Cəzanın ağırlığı. Cinayətin ağırlığı. Həyatın ağırlığı. İtkinin ağırlığı. Vəziyyətin ağırlığı. Yaranın ağırlığı. Zərbənin ağırlığı.
məc. Dərd, qəm, ələm, iztirab. [Nina və Mahrunun] bir-birini qucaqlamasından o qədər xoş bir təsir aldım ki, bir anlıq bütün ağırlıqları unutdum. M.S.Ordubadi. [Balaş:] Gülüşcan, mən böyük ağırlıq içindəyəm, hər günüm bir cəhənnəm əzabıdır. C.Cabbarlı. Ürəkdə həvəs cuş edəndə gözdən axan yaşla ürəkdəki ağırlıq rəf olunur. S.M.Qənizadə.
Vüqar, təmkin, ciddilik. [Südabənin] tərpənişində bir ağırlıq, bütün vücudunda bir müvazinət gözə çarpırdı. M.İbrahimov.
Ağırlıq hissi, təzyiq hissi. Başımda bir ağırlıq hiss edirəm. - Vahid, mənə çoxdan bu can ağırlıq edirdi; Ey kaş, onu da yarə verib, yüngül olaydım. Ə.Vahid.
məc. Qayğı, əziyyət, zəhmət. Ağırlıq üstünə düşdü.
□□ Ağırlıq mərkəzi - bir şeyin məğzi, mahiyyəti, əsli, ən əsas cəhəti. Ağırlıq satmaq - naz eləmək, özünü ağır göstərməyə çalışmaq, təşəxxüs satmaq. Dindirərsən dinməz, ağırlıq satar. M.P.Vaqif.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....