Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

AĞIL1

is. [ər.] 1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka.
// Şüur, idrak. Bu növcavan gülüzlü, xoşsifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. N.Nərimanov. Ağıl deyir, qalmayacaq yer üzündə qandan əsər; Hər könülə ilham kimi gələcəkdir gözəl səhər. S.Vurğun.
2. Hafızə, zehin, xatir, yad, yaddaş, fikir. Ağlımda heç bir şey qalmadı. Ağlıma indi gəldi. Səninlə oxumağım heç ağlıma gəlmir.
Hər kəs ağlına hər nə çatır, əmələ gətirir. M.F.Axundzadə.
□□ Ağıl dəryası - çox ağıllı, çox bilikli, dərin məlumatlı (bəzən zarafat və istehza ilə deyilir). Ağıl dişi - b a x diş. Ağıl eləmək
baş işlətmək, fikirləşmək, düşünmək, mülahizə etmək, fikirləşib bir yol tapmaq. Ağıllı ağıl eyləyincə, dəli vurdu Kürü keçdi. (Ata. sözü). Ağıl öyrənmək - başqasından bilik və təcrübə əxz etmək, ibrət götürmək, ibrət dərsi almaq. Ağıl öyrətmək - yol göstərmək, iş öyrətmək, nəsihət vermək. Hər iş adama bir ağıl öyrədir. (Ata. sözü). Ağıl vermək - başına ağıl qoymaq, öyüd vermək, yol göstərmək, pis yoldan uzaqlaşdırmaq. Ağıl-ağıla vermək - bir yerdə oturub düşünmək, fikirləşmək, məsləhətləşmək. Ağıldan kasıb (kəm, naqis) - axmaq, gic, ağlı az, zehni cəhətdən az inkişaf etmiş. Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıldan kasıbsan, ha! M.Hüseyn. Ağla batmaq (yatmaq) - inana bilmək, mümkün hesab etmək, inanmaq. Anasının sözləri Dilarənin ağlına batdı. M.İbrahimov. Doktorun sözü ağlıma batdı. Mir Cəlal. [Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır, anam da məni rahat qoymur. S.S.Axundov. Ağla çatmaq - anlaya bilmək, düşünə bilmək, dərk edə bilmək. Ağla sığmaq - inanıla bilmək, mümkün olmaq. Ağlı azmaq - 1) dəli olmaq, ağlını çaşdırmaq, ağlını itirmək; 2) sözünü, hərəkətini, işini bilməmək, başdan çıxmaq. Ağlı (başından) oynamaq - dəli kimi olmaq, ağlı çaşmaq. Ağlı ala qayada - huşu başında olmayan, huşu dağınıq, fikri ayrı yerlərdə olan adam haqqında. Ağlı başına gəlmək - 1) özünə gəlmək, ayılmaq; 2) məc. ağıllanmaq, pis işdən, avaralıqdan əl çəkib doğru yola düşmək, düzəlmək. Ağlı başında - ağıllı, dərrakəli, düşüncəli, öz işini, xeyrini-zərərini bilən adam haqqında. Ağlı başında olmaq - öz işi və hərəkətlərində ayıq və dərrakəli olmaq, öz xeyir və zərərini bilmək. Ağlı başından çıxmaq - b a x ağlı başından getmək - 3-cü mənada; 2) məc. bərk hirslənmək, acığı tutmaq. ..Bir gün eşitdik ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır, ağlım başımdan çıxdı. A.Şaiq. Ağlı başından getmək - ağlını itirmək, ağlını çaşdırmaq, dəli olmaq, sərsəmləmək; 2) məc. azmaq, doğru yoldan çıxıb pis yola düşmək; 3) məc. məftun olmaq, vurulmaq, valeh olmaq. Ağlı çaşmaq - çaşıb qalmaq, nə edəcəyini bilməmək. [Hacı Həsən:] Ay arvad, sən Allah, tez ol, durma! Bilmirəm [Şeyx şəhərin ölülərini] dirildəcək, ya diriltməyəcək. O bağlıdır ağanın iltifatına. Mənim özümün də ağlım çaşıb; Heç bilmirəm nə cür dirildəcək? C.Məmmədquluzadə. Ağlı getmək - b a x ağlı başından getmək 3-cü mənada. Ağlı kəsmək - 1) ağlına batmaq, inanmaq, güman etmək, etiraf etmək; mümkün bilmək. Tükəz xalanın ağlı kəsdi, hər nə fənd olursa olsun kişini qurtarmaq lazımdı. S.Rəhimov;
anlamaq, başa düşmək. [Tapdıq] xüsusilə üç yaşı tamam olandan və yavaş-yavaş da olsa ağlı kəsəndən sonra daha tələbkar oldu. Ə.Vəliyev. Cumanın dediyinə və özünün də ağlı kəsdiyinə görə bu çox gərəkli məlumat idi. Ə.Əbülhəsən. Ağlı kəsməmək - 1) başa düşməmək, dərk edə bilməmək. Uşaqdır, ağlı kəsmir; 2) mümkün hesab etməmək, güman etməmək. [Hacı Həsən:] ..Axır ağlım kəsmir ki, gözümüz ilə gördüyümüz işlərin hamısı yalana çıxsın. Məmmədquluzadə. Ağlı uçmaq - b a x ağlı getmək. Ağlı(nı) baş(ın)a yığmaq ağıllanmaq, ağıllı olmaq, öz hərəkətini ölçüb-biçmək, fikirləşmək, düşünmək. Ağlı(nı) uduzmaq - 1) hiyləyə aldanmaq, uymaq, gözü bağlanmaq; 2) yanılmaq, səhv etmək. Ağlına çatmaq - dərk etmək, anlamaq, başa düşə bilmək, xəyalına gətirmək. ..[Hərəmlərin] ağıllarına çatmırdı ki, 0ah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. M.F.Axundzadə. Ağlına gətirmək - yadına salmaq, fikrinə gətirmək, təsəvvürünə gətirmək. ..Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa, cavan dükan şagirdləri .. nəyə məşğul olacaqlar? Məmmədquluzadə. [Səriyyə xala] gələcək qarşısında böyük bir vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün .. ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. M.İbrahimov. Ağlını aparmaq
başdan çıxarmaq, heyran etmək, məftun etmək, valeh etmək. Ağlını başına cəm etmək - b a x ağlını başına yığmaq. Ağlını başından çıxarmaq - 1) azdırmaq, pis yola çəkmək; 2) məc. məftun etmək, valeh etmək. Ağlını itirmək - 1) dəli olmaq; 2) b a x ağlı başından çıxmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....