Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AĞACLIQ
is. 1. Çoxlu ağac bitmiş yer, meşəlik yer. ..Buradan dönüb baxanda ağaclıqlar içində qərq olan kənddən heç bir şey görmürsən. Mir Cəlal. Darısqal bir daxma var; Qabağı ağaclıqdır. M.Seyidzadə.
Sif. mənasında. Ağacları çox olan. Ağaclıq yerlərdə yağış çox yağar.
Saylarla bərabər - b a x ağac 4-cü mənada. Mənim adətimdir, bir yerdə dustaqxana adı gələndə, gərək iki ağaclıqdan qaçam, yox olam. C.Məmmədquluzadə. Ərəb əmiri Əbü-Müslim Dağıstan tayfalarına buyurdu ki, Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra geri qaytarsınlar. A.Bakıxanov.
is. məh. İri güllü, tikanlı bir ot adı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....