Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

AĞAC

is. 1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki. Armud ağacı. Qoz ağacı. Ağac əkmək. Qollu-budaqlı ağac. - Ağac bar gətirdikcə başını aşağı dikər. (Ata. sözü).
// Oduncaq. Ağacdan hazırlanan tir, dirək, taxta, şalban və s. Tikinti üçün xeyli ağac gətirilmişdir. Ağac ehtiyatı.
Ələ götürülən əsa. Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq. M.Ə.Sabir. ..Ay-vay eləyə-eləyə və öskürə öskürə rəngi qaçmış bir kişi əlindəki ağaca söykənə-söykənə girir içəri. C.Məmmədquluzadə.
// Dəyənək, çomaq. Ağacla vurmaq.
□ Əl ağacı - yeriyərkən dirənmək üçün əldə tutulan ağac; əsa.
köhn. Təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü. ..Kənd ilə pələngin arası təxminən bir ağac olardı. A.Şaiq.
□□ Ağaca dönmək - 1) bərkimək, qurumaq, sərtləşmək; 2) hərəkətsiz hala gəlmək, hissizləşmək, hissini itirmək. Ağac-ağaca qoymaq (gəlmək) - dalaşmaq, dava eləmək. Ata oğul ilə, qardaş qardaş ilə köçmək üstündə ağac-ağaca qoyar və çəkişərdi. S.Rəhimov. Uruq agacı- b a x uruq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....