Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AĞA
is. köhn. 1. Hakim, istismarçı siniflərə mənsub adam; mülkədar, bəy, zadəgan. [Kəndli:] Biz ata-babadan ağa qulluğunda oturmağa adət etməmişik. Ə.Haqverdiyev.
Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb.
// Keçmişdə ziyalılara müraciət edərkən söylənilirdi; cənab.
// Keçmişdə mənsəb sahiblərinə, yaxud yaşlı və hörmətli adamlara verilən ləqəb (bəzi adamların adlarının əvvəlinə, ya axırına əlavə olunardı). Novruz Bahadırı qəmgin görüb dedi: - Ağa, nə üçün fikir edirsən? Yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov. [İskəndər:] Doğru deyir ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar. N.Vəzirov. [Nəcəf bəy:] Ağa İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm. Ə.Haqverdiyev.
// dan. Keçmişdə uşaqlar atalarına deyərdilər.
Sahib, sahibkar, yiyə, hakim. Bu yerlərin ağası zəhmətkeşlərdir. - İnsan bütün varlığın ağasıdır, hakimidir. M.İbrahimov.
sif. Hakim, üstün. Portuqaliyalılar Anqolanı işğal etdikləri ilk gündən .. ağa dil və məhkum dil siyasətini dar ağacı və qılınclarla həyata keçirməyə başladılar. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....