Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ADLI-SANLI
sif 1. Hər hansı bir sahədə öz fəaliyyəti ilə ad qazanmış, tanınmış, şöhrət tapmış. Ölkəmizin adlı-sanlı adamları. Adlı-sanlı buruq ustaları. - Böyük qızını adlı-sanlı bir mühəndis görən Nərgiz xanım kiçik qızı Ulduzu da həkim görmək arzusunda idi. Ə.Məmmədxanlı. [Elçin:] Sən gənc bir vətəndaşsan, bu gün-sabah isə adlısanlı bir usta olacaqsan. Z.Xəlil. Yurdun hər bucağından adlı-sanlı pəhləvanlar.. axışıb gəlmişdi. M.Rzaquluzadə.
2. köhn. Keçmiş zamanda zadəgan, varlı və imtiyazlı təbəqələrə mənsub olan. Adlısanlı nəsil. - [Süleyman:] Ancaq bir iş var ki, qohum olanda gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola. Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....