Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AB
is. [fars.] klas. 1. Su.
□ Abi-bəqa b a x abi-həyat. Abi-heyvan(i) - b a x abihəyat. Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat - həyat suyu, dirilik suyu (əfsanələrə görə, guya zülmətdə bir çeşmənin suyu olub, onu içənlər heç ölməzlərmiş). Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. Ölümümdür mənimol ruhi-rəvansız bu gecə; Gər içəm badeyigülgün yerinə abi-həyat. S.Ə.Şirvani. Abihəyatın bir belə zahid ki, vəsf edər; Ləliləbin yanında bir əfsanədir mənə. Ə.Vahid. Abi-kövsər - 1) dini əfsanələrə görə, guya cənnətdə olan Kövsər çayının dadlı suyu. Dürlü bulaq abi-kövsər suyudur; İçəndə dad verir dəhanə, dağlar! Aşıq Xəyyam. Pəs onlar [mollalar] nə vaxtadək cənnət, abikövsər vədəsi ilə bədbəxt islam camaatının qanını soracaqlar? C.Məmmədquluzadə; 2) danışıqda və ədəbiyyatda çox vaxt şərab həmin suya bənzədilir. [Süleyman bəy:] Bəh-bəh, nə gözəl sudur! Xalis abikövsərdir! Ə.Haqverdiyev. [Mirzə Turab:] Sağ ol, Səfər ağa! Bu lap abi-kövsərdi.
Talıblı. Abi-leysan - b a x abi-niysan. Abi-niysan - bahar yağışı, çox güclü yağış. Əmr olundu, abi-niysan; Cansızlara bəxş edə can; Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir. Abi-niysan kimi məc. - niysan yağışı kimi, sel kimi, çox güclü. Biçarə çiyninə qoyub başını; Abi-niysan kimi tökür yaşını. Q.Zakir. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı qapının ağzında ayaq üstündə gözlərinin yaşını abiniysan kimi ağ saqqalından axıdırdı. Ə.Haqverdiyev. Abi-zəmzəm (Zəmzəm Məkkədə olan və suyu müsəlmanlar tərəfindən müqəddəs sayılan quyunun adıdır) klassik poeziyada şərab mənasında işlənmişdir. Abi-zindəgani - b a x abi-həyat.
2. məc. Göz yaşı. Bu səmavi gözü yağdırmada ab. M.Hadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....