Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AZLIQ
is. 1. Hər hansı bir qrupun (adamlar qrupunun) az hissəsi; sayca az olan hissə; əqəliyyət. Azlıqda qalmaq. Layihəyə ancaq azlıq səs vermədi. - [Uğur:] Bizdə azlıq çoxluğa tabedir. İ.Əfəndiyev.
2. Miqdarca, sayca, müddətcə və s. kifayətsizlik, çatışmazlıq. Vəsait azlığı. Material azlığı. Vaxtın azlığı. İxtisaslı işçilərin azlığı. - Şəmsi yenə vaxtın azlığını xatırlayıb söhbətə yekun vurmağa çalışdı. M.Hüseyn. Bu isə yenə ona [Quliyevə] etimadın azlığını göstərirdi. Ə.Sadıq.
□ Azlıq etmək - çatışmamaq, kifayət etməmək, ehtiyacı ödəməmək, təmin etməmək. Haşım hərçənd öz vətəninə qayıtmaq istəyirdi, amma bir ilin muzd pulu ona azlıq edirdi.
Talıblı. Taxıldöyən maşın, vəl azlıq eləyirdi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....