Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
AZƏRBAYCANLI
is. Azərbaycan Respublikasının və Cənubi Azərbaycanın əsas əhalisini təşkil edən, türk dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. Dünya azərbaycanlıları. Cəmiyyət xarici ölkələrdə yaşayan azərbaycanlılarla mədəni əlaqə saxlayır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. - ..Sonralar azərbaycanlılar da bu yolda çalışmağa başlayırlar. Çəmənzəminli. Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. M.S.Ordubadi.
// Sif. mənasında. Azərbaycanlı şair və ədiblər. Azərbaycanlı Nizami dünya ədəbiyyatının fəxri, bəzəyidir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....