Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

AÇILIŞMAQ

f 1. qarş. Bir-birinə yaxın olmaq, məhrəmləşmək, bir-birinə isinişmək, yaxınlaşmaq. [Əhməd:] Birdən Gülnazı bərk-bərk qucaqlayıb öpdüm, bu əhvalat bizim açılışmağımıza səbəb oldu. T.Ş.Simurq.
Daha utanmamaq, sıxılmamaq, özünü sərbəst hiss etmək; tədricən mühitə, ətrafdakılara, şəraitə alışmaq. Usta Ağabala əvvəl bir utandı, sonra isə yavaş-yavaş açılışdı. Çəmənzəminli. Qarnı doymuş və rəngi özünə gəlmiş uşaqlar həyətdə oynayır, getdikcə şadlanıb açılışırdılar. M.İbrahimov.
Həyasızlaşmaq, daha çəkinməmək, sırtıqlaşmaq, əl-qol açmaq.
İnkişaf etmək, kamilləşmək, zehni açılmaq, irəliləmək. Uşaq məktəbə gedəndən xeyli açılışıbdır.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....