İzahlı lüğət

ƏMMƏ1 (ID - 12990)

is. [ər.] klas. Bibi. Aya, onlar deyil idi ki, analarını, bacılarını və qızlarını və əmmələrini və xalələrini nikah edərdilər. M.F.Axundzadə. [Pəricahan xanım:] Biçarə əmməm şam kimi əriyir. S.S.Axundov.

ƏMMƏ2 (ID - 12991)

“Əmmək” dən f.is.

ƏMMƏK (ID - 12992)

f 1. Dodaq və dilin müvafiq hərəkəti vasitəsilə döşdən südü soraraq içmək. Quzular qoyunları əmirdilər. Uşaq anasını əmir. - Südünü əmmişəm mən qanaqana; Ana, mən yazığı nə dindirirsən? “Aşıq Qərib”. Aslan gah...

ƏMN (ID - 12993)

is. [ər.] klas. Əminlik, əmniyyət, asayiş, sakitlik. // Rahatlıq, asudəlik. Meyxanədir, Füzuli, cəhanda məqami-əmn; Cəhd et, bir ev hübab kimi onda tut məqam. Füzuli.

ƏMNİYYƏ (ID - 12994)

is. [ər.] İranda: jandarm, polis (məmuru). Bir anda əmniyyələr soxuldular otağa; Hamısı çəkib birdən tüfəngləri ayağa. S.Rüstəm. Ərdəbildə Hikmət Isfahaninin kəndlərindən birində kəndçilər üsyan edib əmniyyəni öldürmüşlər....

ƏMNİYYƏBAŞI (ID - 12995)

is. İranda: polis başçısı, jandarm başçısı.

ƏMNİYYƏT (ID - 12996)

is. [ər.] 1. Təhlükəsizlik, qorxusuzluq, əminlik, sakitlik, ictimai asayiş. Düşmən sərhədimizdən nə qədər uzaqda olsa, səadət və əmniyyətimiz də o qədər yaxınımızda olar. M.S.Ordubadi.
xüs. Qoruyucu. ..Elektrik xətlərini...

ƏMNİYYƏTLİ (ID - 12997)

sif. Qorxusuz, əmin, sakit. Əmniyyətli yer.

ƏMNİYYƏTSİZ (ID - 12998)

sif. 1. Əmniyyət və asayişi olmayan; qorxulu və təhlükəli olan. Əmniyyətsiz yer.
2. Etibarsız, inanıla bilməyən, bel bağlana bilməyən.

ƏMNİYYƏTSİZLİK (ID - 12999)

is. 1. Əmniyyət və asayiş olmadığı hal, vəziyyət.
2. Etibarsızlıq, inanıla bilməmə, bel bağlana bilməmə.

ƏMR1 (ID - 13000)

is. [ər.] 1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş. [İskəndər:] Gərək hər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq. ..Müqim bəy xanımın tapşırığını bir əmr kimi yerinə yetirmişdi....

ƏMR2 (ID - 13001)

is. [ər.] İş. [Şah:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. Olmaz bu ki hər əmrə dəxalət edə fələ; Dövlətli olan yerdə cəsarət edə fələ. M.Ə.Sabir....

ƏMRAZ (ID - 13002)

is. [ər. “mərəz” söz. cəmi] köhn. Azarlar, xəstəliklər. Sirayətli əmraz. - Mən çəkirəm onun işvəylə nazın; Gör canda artırdı necə əmrazın. Aşıq Maqsud.

ƏMRİ-VAQE (ID - 13003)

is. Olmuş, olub bitmiş iş. Əmri-vaqe qarşısında qalmaq. Əmri-vaqe qarşısında qoymaq. - Zeynal heç inanmayırdı ki, Mehriban öz çocuqlarından əl çəkə
bilər, fəqət bu, bir əmri-vaqe idi. S.Hüseyn. [Əli:] Din bir əmri-vaqe...

ƏMRNAMƏ (ID - 13004)

is. [ər. əmr və fars. ...namə] Əmr yazılmış kağız, yazılı əmr. Əmrnaməyə görə. Əmrnamə ilə tanış olmaq. - // Əmr. Əmrnamə dəftəri. - Əmrnamə yazılmış və Balacayev tərəfindən imzalanmışdı. S.Rəhimov.

ƏMSAL (ID - 13005)

is. [ər. “misal” söz. cəmi] 1. klas. Oxşar(lar), bənzər kimi(lər). Şiəyəm, əmma nə bu əşkaldən; Sünniyəm, əmma nə bu əmsaldən. M.Ə.Sabir.
Misl, tay-bərabər. Əmsalı görünməmiş (misli görünməmiş).
riyaz. Cəbri...

ƏMTƏƏ (ID - 13006)

is. [ər. “məta” söz. cəmi] iqt. kit. Mübadilə üçün istehsal edilən əmək məhsulları; mal. Əmtəə insanın hər hansı bir ehtiyacını təmin edən, habelə başqa şeyə dəyişdirilən şeydir. - [Ömər Lütfi:] Şəhərdə olan...

ƏMTƏƏLİK (ID - 13007)

sif iqt. Əmtəə kimi satılacaq; satlıq, bazarlıq. Əmtəəlik heyvan.

ƏMTƏƏŞÜNAS (ID - 13008)

is. [ər. əmtəə və fars. ...şünas] Əmtəəşünaslıq mütəxəssisi. Əmtəəşünas vəzifəsi.

ƏMTƏƏŞÜNASLIQ (ID - 13009)

is. Malların növlərindən, keyfiyyətlərindən, istehlak dəyərindən bəhs edən elmlərin məcmusu.

ƏMUD (ID - 13010)

[ər.] 1. riyaz. Şaquli olaraq yuxarıdan aşağıya enən və düzbucaq əmələ gətirən xətt; şaquli xətt.
Polad toppuz. Qılıncdan murad hasil olmadı, əmuda əl atdılar. “Koroğlu”. Rüstəm Zal dastanları, Hüseyn Kürd əmudları,...

ƏMUDİ (ID - 13011)

sif. [ər.] Şaquli. Əmudi xətt.

ƏMVAL (ID - 13012)

is. [ər. “mal” söz. cəmi] köhn. Mallar. Biz məgər aclara vəqf eyləmişik malımızı? Ta ki hər müstəhəqə bəzl edək əmvalımızı. M.Ə.Sabir. Onda məxluqat nəinki bu fani dünyanın əmvalından, hətta öz əyalından və canından...

ƏMZİK (ID - 13013)

is. 1. Sormaq üçün körpə uşağın ağzına verilən içiboş rezin borucuq. Uşağa əmzik ver, ağlamasın. - [Xarrat:] Uşaqlar əmziklə bəslənirdilər.. T.Ş.Simurq. Qaragöz körpələri sakit edib əmzik vermiş, nənniyə salmışdı. M.İbrahimov....

ƏMZİKLƏMƏK (ID - 13014)

/ məh. Döş kimi sallanmaq.

ƏMZİKLİ (ID - 13015)

sif. 1. Südəmər uşağı olan. Əmzikli qadın. Əmzik keçirilmiş, əmziyi olan. İnək və camışları, xüsusən ilkinə doğan düyələri mütləq balasız sağmağa, balası isə əmzikli qabdan süd içməyə öyrətməlidir. “Qaramal”....

ƏN (ID - 13016)

ədat. Keyfiyyət bildirən sifətlərin və zərflərin əvvəlinə gətirilərək üstünlük, şiddət bildirir. Ən böyük çay. Ən iti uçan təyyarə. Ən sağlam adam. Ən qısa. Ən uzun. Ən gözəl. Ən axırda. Ən əvvəldə. Ən sonra (lap...

ƏNAM (ID - 13017)

is. [ər. “nemət” söz. cəmi] Bəxşiş, hədiyyə, mükafat. Ənam almaq. Ənam vermək. - [Odabaşı:] Hətta Mirzə Əhməd ağa qız üçün ənam göndərmişdi. Ə.Haqverdiyev. [Rəhim xan:] Əgər Nəsrəddin şahın ənamı olmasaydı, bu...

ƏNBƏR (ID - 13018)

is. [ər.] 1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə. Ənbər qara, boz, sarı rəngli, çox yağlı maddədir. Xoş qoxu, ətir. Ənbər qoxumaq. // Sif. mənasında. Mən qurbanı olum ənbər tellərin; Qönçə...

ƏNBƏRBAR (ID - 13019)

sif. [ər. ənbər vəfars. ...bar] klas. şair. Ənbər saçan, ətir saçan. Ənbərbar zülf - Görməmişəm belə bir səfalı zülf; Çox sünbüli-ənbərbarı tutmuşam. M.P.Vaqif.

ƏNBƏRBU (ID - 13020)

sif [ər. ənbər və fars. bu]
klas. şair. Ənbər qoxulu, ənbər kimi ətirli.
2. Ağ, parlaq, ipi dənəli əla düyü növü. Ağ ənbərbu. Ənbərbu düyü.

ƏNBƏRÇƏ (ID - 13021)

is. köhn. Qızıldan döş bəzəyi. Keçmişdə bir çox kəndlərdə qadınlar döşlərinə ənbərçə taxırdılar.

ƏNBƏRFƏŞAN (ID - 13022)

sif [ər. ənbər və fars. ...fəşan] klas. şair. Ənbər saçan, ətir səpələyən; ənbər qoxuyan. Badi-səba İsa kibi gərçi dirildir ölüyü; Ənbərfəşan zülfün dəmi badi-səbayə tən edər. Ə.Nəbati.

ƏNBƏRƏ (ID - 13023)

is. Dəyirman çarxını işlədən suyun yığılıb şiddətlə töküldüyü nov. Dəyirmanın suyu ənbərəyə yığılır, oradan tökülür və çarxı işlədir.

ƏNBƏRİ (ID - 13024)

sif [ər.] Ənbər kimi, ətirli, xoşiyli.

ƏNBƏRİN (ID - 13025)

sif [ər. ənbər və fars. ...in] klas. şair. Ənbər kimi ətirli, ətir saçan. Cənnətin ənbərin qapıları usta Ağabalanın üzünə açıldı. Çəmənzəminli.

ƏNBİR (ID - 13026)

is. Dəmirçi tutğacı, maşası. Dəmirçilər qızğın dəmiri ənbirlə tutub döyürlər.

ƏNBİYA (ID - 13027)

is. [ər. “nəbi” söz. cəmi] Nəbilər, peyğəmbərlər.

ƏNCAM (ID - 13028)

is. [fars.] 1. Son, axır, nəhayət, nəticə. Hər işi əncamı ilə ölçərlər. Əncamı xeyir olsun (axırı xeyir olsun). □ Əncam qılmaq (vermək) - sona vardırmaq, nəticələndirmək. [Böyükxanım:] Allah rizasına, bizi dil-dişə salma!...

ƏNCAMƏ (ID - 13029)

is. Qapı və pəncərə qanadlarını çərçivəyə bağlayan və onların açılıbörtülməsinə imkan verən dəmir hissə; rəzə. Qapı əncaməsindən çıxmışdır. □ Dişi əncamə - əncamənin qapı açılıb-örtüləndə onunla bərabər...

ƏNCİR (ID - 13030)

is. [fars.] İçində xaş-xaş kimi xırda tumları olan ətli, şirin, yumşaq qabıqlı, yumru meyvə. Əncir mürəbbəsi. Əncir doşabı. Əncir ağacı. Əncir qurusu (qurudulmuş əncir). - [Molla] gedib, var-yox pulunu verib bir səbət yaxşı...

ƏNCİRLİ (ID - 13031)

sif 1. Əncir ağacları olan. Mən səni çox görmüşəm cavanlıq çağlarında; Bol əncirli, üzümlü Novxanı bağlarında. S.Rüstəm. Kərim bəy burada, bu əncirli həyətdə nəvəsini məşğul edən bir şey olduğunu duydusa da, üz vurmadı....

ƏNCÜMƏN (ID - 13032)

is. [fars.] kit. köhn. Məclis, cəmiyyət, şura. Səttar xan məsələni əncüməndə qoymaq üçün bir söz demədi. M.S.Ordubadi. // Camaat. Hər söz ki gəlir zühurə məndən; Min tənə bulur hər əncüməndən. Füzuli.

ƏNDAM (ID - 13033)

is. [fars.] 1. Bədən. Qaşı, gözü, əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin başına yüz naz kimindir? M.V.Vidadi. Uşağın əndamına quru xına sürtməyə başlardılar. H.Sarabski.
2. Boy, qədd, qamət, boy-buxun, bədən quruluşu....

ƏNDAMLI (ID - 13034)

sif. 1. Boylu, boylu-buxunlu, biçimli, bədən quruluşu çox düzgün, gözəl bədənli.
2. Bir qədər dolğun, bədən quruluşu yerliyerində. [Sultan bəy:] Əsil mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı.. U.Hacıbəyov. ..Əndamlı...

ƏNDAMSIZ (ID - 13035)

sif. Bədən quruluşu yerliyerində olmayan; biçimsiz. // Boysuz, qısaboylu.

ƏNDAMSIZLIQ (ID - 13036)

is. Əndam çirkinliyi, bədən nöqsanı, bədən quruluşunun düzgün olmaması; biçimsizlik.

ƏNDAZƏ (ID - 13037)

is. [fars.] 1. Kağızdan, kartondan kəsilmiş ülgü. // Ölçü, miqyas, ölçü vahidi. □ Bir əndazədə - bir ölçüdə, bir qaydada. [Qızların] hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. M.S.Ordubadi.
Tənasüb,...

ƏNDAZƏLİ (ID - 13038)

sif. Biçimli, düzgün, mütənasib, qaydalı, hər cəhətdən yerli-yerində.

ƏNDAZƏSİZ (ID - 13039)

sif. 1. Biçimsiz, ölçülməmiş, tənasübsüz, ölçüsüz. Indi bizim evin quruluşu sənə olduqca ölçüsüz-biçimsiz və əndazəsiz görünür. M.S.Ordubadi.
2. Hesabsız, saysız, çox qeyri-məhdud.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed