İzahlı lüğət

DİGƏR (ID - 9646)

sif. [fars.] Başqa, ayrı, o biri, ikinci. Digər adamlar. Digər vaxtda. Digər fikrə görə.
// İs. mənasında. Biri digərinə kömək etməlidir.
// Cəm şəklində: digərləri - başqaları, o biriləri.

DİGƏRGUN (ID - 9647)

sif. [fars.] klas. Dəyişmiş, başqa halda. Fərmanın haləti digərgun idi. Ə.Haqverdiyev.
□ Digərgun eləmək (etmək) - dəyişdirmək, pozmaq, pərişan etmək. Dostumun bupozğun halda vəpərişan sifətdə olmağı mənə də artıq...

DİK (ID - 9648)

1. sif. Aşağıdan yuxarıya doğru şaquli (düz) vəziyyətdə duran. Dik ağac. Dik nərdivan. Dik divar.
sif. Çox yüksək, uca, hündür; sarp. Uzanan dik qayalar, silsilələr; Qara yellər ora dördyandan əsər. S.Vurğun. Girdmanın igid...

DİKBAŞ (ID - 9649)

sif. və is. Çox təşəxxüslü, həddindən artıq iddialı, tərs (adam). Dikbaş oğlan. - Qədirin də Poladdan ona görə xoşu gəlmirdi ki, Polad dikbaşdır.. Ə.Vəliyev.
// Məğrur, söz götürməyən, itaət etməyən, boyun əyməyən....

DİKBAŞLIQ (ID - 9650)

is. Dikbaş adamın xasiyyəti; təşəxxüs. Dikbaşlıq yaxşı xasiyyət deyil. Dikbaşlıq etmək.
// Məğrurluq, boyun əyməzlik.

DİKBIĞ (ID - 9651)

sif. Bığları dik burulmuş. Dikbığ cavanlar. - Dikbığ Dadaş öz sözünü əsaslandırmağa çalışdı. S.Rəhimov.

DİKBURUN (ID - 9652)

sif. 1. Burnunun uc tərəfi dik olan. Sualı verən arıq, rəngi solğun, dikburun, dombagöz bir qız idi. Ə.Əbülhəsən.
Burun tərəfi yuxarı qalxmış, burnu qalxıq (çəkmə və s.). Çəkdilər burnuna qara yaşmağı; Ayaqda dikburun...

DİKCƏ (ID - 9653)

zərf Bir qədər dik, dik halda.
// Çox dik.

DİKDABAN (ID - 9654)

sif. Dabanı dik, hündür. Dikdaban çəkmə. Dikdaban başmaq. - [Molla Qasım] ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyin geyərdi. H.Sarabski.

DİKDİR (ID - 9655)

is. Dik yer, kiçik təpə. Muğan gözəli dikdirə çıxıb Xançobana yanaşdı. İ.Əfəndiyev. O biri tərəfdə isə yekə bir dikdir var idi. Ə.Vəliyev.

DİKƏLDİLMƏ (ID - 9656)

“Dikəldilmək”dən f.is.

DİKƏLDİLMƏK (ID - 9657)

məch. 1. Dik hala gətirilmək, dik tutulmaq, yuxarı qaldırılmaq.
2. Yüksəldilmək, qaldırılmaq, dikilmək.

DİKƏLMƏ (ID - 9658)

“Dikəlmək”dən f.is.

DİKƏLMƏK (ID - 9659)

f 1. Uzanmış və ya əyilmiş vəziyyətini dəyişib ayaq üstə durmaq və ya oturmaq, yerindən qalxmaq. [Məmməd] Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi. C.Cabbarlı.
Qalxmaq, başıyuxarı getmək....

DİKƏLTMƏ (ID - 9660)

“Dikəltmək”dən f.is.

DİKƏLTMƏK (ID - 9661)

f 1. Dik vəziyyətə gətirmək, dik tutmaq, dik qaldırmaq. [Rüstəm bəy:] Mahmud, Mahmud!.. Başını bir az dikəlt.. N.Vəzirov. Tüfəngimi dikəltdim, havada gəlirkən qolları arasından nişan aldım. A.Şaiq. Atyalını qabartmış, quyruğunu...

DİKİLİ (ID - 9662)

sif. Dik halda olan, dik duran; dikəldilmiş.
□□ Dikili ağacı yoxdur - heç bir şeyə malik deyildir, heç bir şeyi yoxdur.

DİKİLMƏ (ID - 9663)

“Dikilmək”dən f.is.

DİKİLMƏK (ID - 9664)

f Bir nöqtəyə baxmaq, gözünü çəkməmək, diqqətlə baxmaq. Nə dikilib baxırsan?

DİKİNƏ (ID - 9665)

zərf Dik şəkildə, dik halda, başıyuxarı, aşağıdan yuxarıya. Kərpici (daşı) dikinə qoymaq. - Kərimxanı yenə dikinə qaldırılmış bir qəbir təsiri bağışlayan kameraya atdılar. M.İbrahimov. [Göyçək] ..kağızı çıxarıb üstündə...

DİKQULAQ (ID - 9666)

sif. Qulaqları dik duran. Dikqulaq it.

DİKLƏMƏ (ID - 9667)

zərf Dikinə, başıyuxarı. [Uşaqlar] dolama cığırla getmədilər, isti qum təpəsindən dikləmə yoxuşa qalxdılar. Mir Cəlal.

DİKLƏMƏK (ID - 9668)

f. 1. Dik qaldırmaq, dik hala salmaq, dik etmək. İtlər quyruqlarını dikləyərək birdən-birə hürməyə, yüyürməyə başladılar. A.Şaiq.
2. Tuşlamaq, yönəltmək, nişanlamaq. Tüfəngi nişanəyə dikləmək.

DİKLƏNDİRMƏ (ID - 9669)

“Dikləndirmək”dən f.is.

DİKLƏNDİRMƏK (ID - 9670)

f. Yuxarı qaldırmaq, dik hala gətirmək, qaldırıb dik qoymaq.

DİKLƏNMƏ (ID - 9671)

“Diklənmək”dən f.is.

DİKLƏNMƏK (ID - 9672)

bax dikəlmək 1 və 2-ci mənalarda. [Şeyx Nəsrullah] bir qədər fikir eləyib baxır Hacı Həsənin üzünə və birdən diklənib çığırır.. C.Məmmədquluzadə. Mühəndis təşəkkür edib pilləkənləri dikləndi. Mir Cəlal.

DİKLƏŞDİRMƏ (ID - 9673)

“Dikləşdirmək”dən f.is.

DİKLƏŞDİRMƏK (ID - 9674)

f. Dik hala gətirmək.

DİKLƏŞMƏ (ID - 9675)

“Dikləşmək”dən f.is.

DİKLƏŞMƏK (ID - 9676)

f. Dik hala gəlmək, dik olmaq.

DİKLƏTDİRMƏK (ID - 9677)

“Diklətmək”dən icb.

DİKLƏTMƏ (ID - 9678)

“Diklətmək”dən f.is.

DİKLƏTMƏK (ID - 9679)

icb. Dik hala saldırmaq.

DİKLİ (ID - 9680)

sif. Diki, çıxıntısı olan; çıxıntılı. Dikli daş.

DİKLİK (ID - 9681)

is. 1. Dik şeyin halı, dik vəziyyət. Dağın dikliyi.
2. Dik yer; təpə. Dikliyə çatmaq.

DİKMƏ (ID - 9682)

“Dikmək1#”dən f.is.

DİKMƏK1 (ID - 9683)

f. Əkmək, basdırmaq. Ağac dikmək. Yaz gəlir, bağçılar bağlarda ağac dikməyə başlayacaqlar.

DİKMƏK2 (ID - 9684)

gözünü (gözlərini) dikmək b ax göz. Başını aşağı dikmək - b ax baş.

DİKSİNDİRMƏ (ID - 9685)

“Diksindirmək”dən f.is.

DİKSİNDİRMƏK (ID - 9686)

f 1. Səksəndirmək.
İyrəndirmək, çiyrindirmək.

DİKSİNİŞ (ID - 9687)

is. Diksinmə, səksənmə.

DİKSİNMƏ (ID - 9688)

“Diksinmək”dən f.is.

DİKSİNMƏK (ID - 9689)

f 1. Səksənmək.
// Hövlnak yuxudan ayılmaq.
Hürkmək, qorxmaq, xoflanmaq.
İyrənmək, çiyrinmək. Xörəkdən diksinmək. Xəstədən diksinmək.

DİKSİYA (ID - 9690)

[lat.] Sözlərin tələffüz tərzi; tələffüz. Artistin gözəl diksiyası var. Onun diksiyası aydın deyil.

DİKTAT (ID - 9691)

[alm.] Güclü dövlətin özündən zəif dövlətə öz şərtlərini, tələblərini zorla qəbul etdirmə siyasəti.

DİKTATOR (ID - 9692)

[lat.] 1. Dövləti idarə etməkdə qeyri-məhdud hüquqa, ixtiyara malik olan şəxs. Hərbi diktator.
Qədim Romada: ölkə xarici və daxili təhlükə qarşısında olduğu zaman senat tərəfindən təyin edilən və qeyri-məhdud ixtiyar və...

DİKTATORLUQ (ID - 9693)

is. 1. Bir diktator kimi hakimiyyət başmda durma. Diktatorluq dövrü.
Özünü diktator kimi aparma, öz iradəsini başqasına zorla qəbul etdirməyə çalışma. Diktatorluq etmək.

DİKTATÜRA (ID - 9694)

[lat.] Hakim sinfin gücünə istinad edən qeyri-məhdud dövlət hakimiyyəti. Hərbi diktatura.

DİKTƏ (ID - 9695)

[lat.] köhn. İmla.
□ Diktə etmək
1) başqasma eşitdirib yazdırmaq üçün ucadan söyləmək; 2) məc. zorla qəbul etdirməyə çalışmaq, əmr etmək, buyurmaq. Şərtlərini diktə etmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed