İzahlı lüğət

DARVAZALI (ID - 8246)

sif. Darvazası olan. Darvazalı həyət. Darvazalı qala. Kəndin iri darvazalı həyətində məktəb binası yüksəlir..

DARVİNÇİ (ID - 8247)

is. Darvinizm tərəfdarı. Darvinçi alim.

DARVİNİST (ID - 8248)

bax darvinçi.

DARVİNİZM (ID - 8249)

[ingilis alimi Ç.Darvinin adından] Canlı təbiətin tarixi inkişafı, bütün heyvan növləri və bitki orqanizmlərinin təbii seçim yolu ilə əmələ gəlməsi haqqında nəzəriyyə.

DARYARPAQ(LI) (ID - 8250)

sif. bot. Ensiz lansetşəkilli yarpağı olan (bitki). Daryarpaqlı bitkilər.

DASİT (ID - 8251)

is. [lat.] Maqmatik süxur.

DASTAN (ID - 8252)

is. [fars.] Şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə məzmunda olan, həcmcə ən böyük əsər. Qəhrəmanlıq dastanı. Aşiqanə dastan. “Koroğlu ” dastanı. - Şairə Toğrulun məktubunu aparıb...

DASTANÇI (ID - 8253)

is. 1. Dastan söyləyən, hekayəçi, nağıl danışan. Dastançı aşıqlar.
məc. Çoxdanışan, naqqal, uzunçu.

DASTANÇILIQ (ID - 8254)

is. Dastan söyləmə, hekayəçilik.

DAŞ (ID - 8255)

is. 1. Təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim (süxur). Küçələrə daş döşəmək. - Bütün izdiham əlinə keçən daş, kəsək parçalarını alovun üstünə...

DAŞADÖYƏN (ID - 8256)

is. zool. Sərçələr dəstəsindən uzunquyruqlu kiçik quş; çaydaçapan.

DAŞADÖYMƏ (ID - 8257)

is. məh. Daşla oynanılan uşaq oyunu.

DAŞAGİRƏN (ID - 8258)

is. məh. Cəmiyyətdən qaçıb gizlənən adam haqqında.

DAŞAXOR (ID - 8259)

sif. Daşlıq, çınqıllıq, daşı çox olan. Daşaxor yer. - İndi də yoncalıq yerində daşaxor bir qumluğa sahib oldun. S.Rəhimov.

DAŞARMUDU (ID - 8260)

is. Yumru şəkilli və çox davamlı armud növü.

DAŞATAN (ID - 8261)

is. Qədim müharibələrdə daş və b. ağır şeylər atmaq üçün işlədilən mancanağa oxşar alət. Assuriyalılar xüsusi daşatan alətlərlə şəhərə ağır daş parçaları və ya içinə yanan qatran doldurulmuş qablar atırdılar. “Qədim...

DAŞBADAM (ID - 8262)

is. Bərkqabıqlı badam növü.

DAŞBAŞ (ID - 8263)

is. 1. dan. məh. Çəkinin düzgünlüyünü yoxlamaq üçün onu tərəzinin gah bu, gah da o biri gözündə çəkmək işi.
dan. nifr. Qeyri-qanuni, əyri yollarla əldə edilən qazanc, gəlir və s. O, əldə etdiyi daşbaşı bir xəyanət etmədən...

DAŞBAŞÇI (ID - 8264)

is. dan. nifr. Ardıcıl və gizli surətdə, qeyri-qanuni, əyri yollarla qazanc əldə etməyi bacaran və bu işi özünə peşə etmiş adam.

DAŞBAŞÇILIQ (ID - 8265)

is. dan. nifr. Daşbaşçının işi, peşəsi; qeyri-qanuni, əyri yollarla qazanc və s. əldə etməklə məşğul olma.

DAŞÇI (ID - 8266)

is. Daşçıxaran, daşyonan usta.

DAŞÇIXARAN (ID - 8267)

is. Daş karxanasında daş çıxarmaqla məşğul olan fəhlə. Bakıda ümumiyyətlə, peşəkarlar: bənna, xarrat, dəmirçi, .. daşçıxaran .. və sairə çox olardı. H.Sarabski.
// Sif. mənasında. Daşçıxaran maşın.

DAŞÇILIQ (ID - 8268)

is. Daşçının işi, sənəti. Daşçılıqda mahir usta.

DAŞDƏLƏN (ID - 8269)

is. xüs. Daş dəlmək üçün alət.

DAŞDIRILMA (ID - 8270)

“Daşdırılmaq”dan f.is.

DAŞDIRILMAQ (ID - 8271)

məch. Daşınasına səbəb olmaq, daşınasına imkan verilmək.

DAŞDIRMA (ID - 8272)

“Daşdırmaq”dan f.is.

DAŞDIRMAQ (ID - 8273)

f. Daşmasına imkan vermək, aşmasına səbəb olmaq. Samovarın suyunu daşdırmaq. - Südün içində hava çoxdur, ona binaən süd qızanda hava aralanıb südü daşdırır. H.Zərdabi.

DAŞ-DİVAR (ID - 8274)

top. Evlər, binalar, tikililər və onların divarları. Xəzri yeli axşamdan hirs ilə qalxıb, Bakı küçələrinin toz-torpağını daşa-divara çırpırdı. S.M.Qənizadə. Hücum yerin dibinə! Hücum dərin göylərə; Hücum deyir daş-divar;...

DAŞDOĞRAYAN (ID - 8275)

bax daşqıran. Birinci daşdoğrayan mexanizm tamamilə quraşdırılmışdır. (Qəzetlərdən).

DAŞDÖŞƏYƏN (ID - 8276)

is. Küçələrə və s.-yə daş döşəyən fəhlə.

DAŞDÖYƏN (ID - 8277)

is. xüs. Daşı xırdalayıb ovan alət, maşın.

DAŞDUZ (ID - 8278)

is. Daşlaşmış (süxur) halında olan duz.

DAŞƏPPƏYİ (ID - 8279)

is. bot. Daşların arasında bitən boz rəngli ot bitkisi.

DAŞGƏRDİŞİ (ID - 8280)

is. məh. Hörülən daş və kərpiclər arasındakı məsafə.

DAŞXINASI (ID - 8281)

is. bot. Daşlanın üzərində xalxal bitən və xına kimi rəng verən bir mamır; yosun; qayamamırı. [Növrəstə və Şahmərdan] dinclərini almaq üçün şəlalədən bir az kənarda, üzərində sarı-qırmızı daşxınası olan yastı bir...

DAŞXIRDALAYAN (ID - 8282)

b ax daşqıran.

DAŞIQ (ID - 8283)

sif. məh. Daşınacaq, daşınmalı olan. Daşıq yük.

DAŞIQÇI (ID - 8284)

is. məh. Yük daşıyan fəhlə; hambal, yükçü. O, daşıqçılara yüklərin ehmallı düşürülməsini tapşırdı. S.Rəhimov.

DAŞIQÇILIQ (ID - 8285)

is. məh. Daşıqçının işi, peşəsi. Daşıqçılıq eləmək.

DAŞIMA (ID - 8286)

“Daşımaq”dan f.is.

DAŞIMAQ (ID - 8287)

f 1. Bir yerdən başqa bir yerə aparmaq, nəql etmək. Yük daşımaq. Yeşikləri daşımaq. Daş daşımaq. - Ahıl ilə daş daşı, cahıl ilə bal yemə. (Məsəl). Zəhmət bədən üçün lazımdır. Hər kəs daş daşımağı, odun yarmağı...

DAŞINDIRMA (ID - 8288)

“Daşındırmaq”dan f.is.

DAŞINDIRMAQ (ID - 8289)

icb. Daşınmağa məcbur etmək, inandıraraq, yaxud xahiş edərək əl çəkməsinə nail olmaq. Fikrindən daşındırmaq. - Arvad nə ərini pis yoldan daşındıra bilir, nə oğluna təsir edə bilir. Ə.Haqverdiyev. Gülsənəm arvad oğlunu nə...

DAŞINMA1 (ID - 8290)

“Daşmmaq1#”dan f.is. Yüklərin daşınması.

DAŞINMA2 (ID - 8291)

“Daşmmaq2#”dan f.is. 'Fikrindən daşınma. - ..Siz onlara bu məqsəddən daşınmaları üçün tələbat verməlisiniz. M.S.Ordubadi.

DAŞINMAQ1 (ID - 8292)

1. məch. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. Yüklər daşındı. Taylar gəmiyə daşındı. - Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Fayton qoşulub balkonun...

DAŞINMAQ2 (ID - 8293)

f. 1. Məqsədindən, fikrindən və ya etmək istədiyi bir işdən və s.-dən vaz keçmək, əl çəkmək (adətən “flkrindən” sözü ilə). Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. M.F.Axundzadə. [Mehriban] axşam çocuqlarını...

DAŞINTI1 (ID - 8294)

is. Nəqliyyat vasitəsi ilə daşınan şeylər.

DAŞINTI2 (ID - 8295)

is. Daşqın, sel.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed