İzahlı lüğət

ÇEŞM (ID - 6835)

is. [fars.] klas. Göz. Gecə-gündüz vaxt-bivaxt ağlaram: Çeşmim yaşı Ceyhun olur, sellənir. Qurbani. [Abbas:] Gül rüxsarın əhsən deyib bülbülə; O çeşmi-xumarın yadıma düşdü. “Abbas və Gülgəz”.

ÇEŞMƏ (ID - 6836)

is. [fars.] 1. Yerin altından sızıb çıxan su mənbəyi; bulaq, qaynaq. [Çinarların] arasından çıxan sərin çeşmə çınqıl daşların üzərindən xoşahəngli bir şırıltı ilə böyük çaylara doğru axıb gedirdi. A.Şaiq. Sərin çeşmələrin...

ÇEŞMƏK (ID - 6837)

is. [fars.] Gözlük, eynək. Mürgüləyir nənəm taxıb çeşməyi; Düşüb yerə toxuduğu əlcəyi. A.Səhhət. Nə barədə? - deyə
Yarməmməd birbaşa cavab verməyib, çeşməyinin altından Şirzada baxdı. M.İbrahimov.

ÇEŞMƏKÇİ (ID - 6838)

is. Çeşmək ustası.

ÇEŞMƏKLİ (ID - 6839)

sif. Çeşmək taxmış, gözündə çeşmək olan; gözlüklü, eynəkli. Ucaboylu, uzunboğaz çəkməli,.. çeşməkli mühasib içəriyə girərək əmrə müntəzir kimi durdu. S.Rəhimov. Çayxananın dib tərəfində oturmuş çeşməkli oğlan...

ÇEŞMƏLİ (ID - 6840)

sif. Çeşmələr, ya çeşmə olan; bulaqlı. Çeşməli meşə. - Sevirəm çeşməli, sulu dağları; Vüqarlı dağları, ulu dağları. N.Xəzri.

ÇEŞNİ (ID - 6841)

is. [fars.] 1. Şəkil, forma. Papaqların bəzisi uzun qovun çeşnisində idi, bunların sahibinin molla və əyandan olmağı aşkar idi. Çəmənzəminli.
// Naxış. [Çopo] evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi....

ÇEŞNİLİ (ID - 6842)

sif. Müəyyən çeşnidə, üslubda olan; ...naxışlı. Biz məşhur Qonaqkənd çeşnili və Xınalığın özünə məxsus çeşni ilə toxunmuş xalçaları da gördük, onları toxuyan qadınların adını eşitdik. R.Rza.

ÇEŞT (ID - 6843)

is. məh. Səhərlə günorta arasında olan vaxt, saat 10-11 radələri. Sən çeştədək yatırsan; Pal-paltarın atırsan. A.Səhhət. Axşamdan yıxılır, çeştəcən yatır: Həftədə hanaya bir arğac atır. Aşıq Ələsgər.
□ Gün çeştə...

ÇEVİK (ID - 6844)

sif. və zərf 1. Hərəkətində, davranışında çox cəld olan; diribaş, zirək, qıvraq. Nurəddin özünə görə bilikli, çevik bir uşaqdır. S.S.Axundov. ..Yurdun çevik, qıvraq qızları, oğlanları halay vurub yallı gedir, onlar da quşlar...

ÇEVİKCƏ (ID - 6845)

zərf Çevik bir tərzdə; cəld, iti. Çevikcə otaqdan çıxmaq.

ÇEVİKLƏŞMƏ (ID - 6846)

“Çevikləşmək”dən f.is.

ÇEVİKLƏŞMƏK (ID - 6847)

f Çevik olmaq, qıvraqlaşmaq, zirəkləşmək. Uşaq böyümüş, rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi. Mir Cəlal.

ÇEVİKLİK (ID - 6848)

is. 1. Hərəkətdə, davranışda cəldlik; zirəklik, diribaşlıq, bacarıqlılıq, qıvraqlıq. [Buğac] öz gücünü, çevikliyini, bədəninin dözümünü sınayırdı. M.Rzaquluzadə.
2. Yeyinlik, itilik, cəldlik, cəld və asanlıqla hərəkət...

ÇEVİRMƏK (ID - 6849)

f 1. İstiqaməti dəyişdirmək, başqa tərəfə yönəltmək. Dalını çevirmək. Üzünü bizə çevir. - Yaşar tüfəngi çəpişə sarı çevirib, nişan almağı təcrübə etdi. M.Rzaquluzadə.
Bir şeyin vəziyyətini, yerini dəyişmək;...

ÇEVİRTMƏ (ID - 6850)

“Çevirtmək”dən f.is.

ÇEVİRTMƏK (ID - 6851)

“Çevirmək”dən icb.

ÇEVRƏ (ID - 6852)

is. 1. Mərkəzdən eyni məsafədə olan qapalı əyri xətt. Pərgarla çevrə çəkmək.
// Bir şeyin kənarlarında əmələ gətirdiyi qapalı xətt; dövrələmə xətt. Bu sahənin çevrəsi beş yüz metrdir.
Ətraf, yan-yörə, dörd...

ÇEVRƏLƏMƏ (ID - 6853)

“Çevrələmək”dən f.is.

ÇEVRƏLƏMƏK (ID - 6854)

f. Ətrafını sarmaq, əhatə etmək, dövrələmək, qaplamaq. Xalq meydanı çevrələyib gözləyirdi. Çəmənzəminli.

ÇEVRƏLƏNMƏ (ID - 6855)

“Çevrələnmək”dən f.is.

ÇEVRƏLƏNMƏK (ID - 6856)

məch. Əhatə edilmək, əhatələnmək, ətrafı sarılmaq, dövrələnmək.

ÇEVRİKMƏ (ID - 6857)

“Çevrikmək”dən f.is.

ÇEVRİKMƏK (ID - 6858)

dan. bax çevrilmək 4-cü mənada. [Rəşid:] Mən bir neçə dəfəyerimin içində çevrikdim. İ.Hüseynov.

ÇEVRİLİŞ (ID - 6859)

is. 1. Bir şeyin inkişafında kəskin dönüş, köklü dəyişiklik. Elmdə çevriliş.
Mövcud ictimai-siyasi sistemdə əsaslı dəyişiklik. Dövlət çevrilişi. Siyasi çevriliş.

ÇEVRİLMƏ (ID - 6860)

“Çevrilmək”dən f.is.

ÇEVRİLMƏK (ID - 6861)

1. məch. Başqa hala salınmaq, başqa şəklə salınmaq, döndərilmək. O başını yellədib bir ah çəkdi dərindən, “Ah ” alova çevrilib saçıldı gözlərindən. B.Vahabzadə.
t-siz. Tez-tez bir haldan başqa hala keçmək. Su donaraq...

ÇEVRİM (ID - 6862)

sif. Çevrilmiş; çevrilmiş halda, çevrilmiş şəkildə olan. [Hücrədə] qararəng-qıvrımtüklü və dodaqları çevrim uşaqlar var idi. M.S.Ordubadi.

ÇEYNƏM (ID - 6863)

is. 1. Çeynəmək işi, çeynəmə.
Ağızda çeynənəcək miqdar (adətən rəqəmlə). Bir çeynəm saqqızın var, çeynə, yapışdır alnına. (Ata. sözü).

ÇEYNƏMƏ (ID - 6864)

“Çeynəmək”dən f.is.

ÇEYNƏMƏK (ID - 6865)

f. 1. Ağıza qoyulan bir şeyi dişlə qırmaq, əzmək, xırdalamaq, ovmaq. Ağzımda çörəyi çeynəyib bəzən; Xırdaca-xırdaca yemlərdim onu. S.Vurğun. Beşi də böyrünü yerə vermiş, yenicə bitmiş qırxbuğumludan qıraraq ağızlarına...

ÇEYNƏNMƏ (ID - 6866)

“Çeynənmək”dən f.is.

ÇEYNƏNMƏK (ID - 6867)

məch. 1. Yeyilən şey ağızda dişlər altında əzilmək, gəmirilmək, dişləm-dişləm edilmək. Yemək çeynəndikdən sonra udulur.
məc. Çox-çox təkrar edilərək bayağılaşdırılmaq, həddindən artıq təkrar edilmək.
məc. Ayaqlar...

ÇEYNƏNMİŞ (ID - 6868)

f.sif. 1. Ağızda, diş altında əzilmiş, gəmirilmiş, dişləm-dişləm edilmiş. Çeynənmiş ət.
məc. Çox təkrar edilərək bayağılaşdırılmış, bıqdıracaq dərəcədə təkrarlanmış. Çeynənmiş fikirlər. - [Firəngiz Muxtara:]...

ÇEZMƏK (ID - 6869)

f Gəbərmək, murdar olmaq.

ÇƏHRAYI (ID - 6870)

sif Açıq-qırmızı, qızılgül rəngli. Çəhrayı parça. Çəhrayı paltar. Çəhrayı qərənfil. - Qızın çəhrayı üzü pul kimi qızardı. M.Hüseyn. Arvadın əynində çəhrayı ipək kofta, başında da güllü haşiyəli kəlağayı vardı....

ÇƏHRAYILAŞDIRMA (ID - 6871)

“Çəhrayılaşdırmaq”dan f.is.

ÇƏHRAYILAŞDIRMAQ (ID - 6872)

f Çəhrayı rəngi vermək, açıq-qırmızı rəngdə etmək.

ÇƏHRAYILAŞMA (ID - 6873)

“Çəhrayılaşmaq”dan f.is.

ÇƏHRAYILAŞMAQ (ID - 6874)

f Çəhrayı olmaq, açıq-qırmızı olmaq.

ÇƏHRAYILIQ (ID - 6875)

is. Çəhrayı rəngdə olan şeyin halı. [Güllünün] yanaqlarında .. yanar bir çəhrayılıq vardı. B.Bayramov.

ÇƏHRAYISİFƏT(Lİ) (ID - 6876)

sif. Üzü, çöhrəsi çəhrayı olan. Çəhrayısifət, ucaboy qızın üzü əvvəlcə qıpqırmızı, bir an belə keçməmiş isə xal-xal oldu. M.Hüseyn.

ÇƏK-ÇEVİR (ID - 6877)

is. dan. Mübahisə, danışıq. Qərəz, uzun çək-çevirdən sonra Alı kişi bu ustanı da razı elədi. “Koroğlu”. [Qara kişi:] Aydın məsələdir, canım, daha bunun özgə bir çək-çeviri ola bilməz. B.Bayramov.
Çək-çevir eləmək...

ÇƏKDİRMƏ (ID - 6878)

“Çəkdirmək”dən f.is.

ÇƏKDİRMƏK (ID - 6879)

1. “Çəkmək”dən icb. Düyünü tərəzidə çəkdirmək. Divar çəkdirmək. Şəkil çəkdirmək. Rəng çəkdirmək. - Atan sənin şəklini istəyir məndən, bala; Sabah totuq üzünü çəkdirib sallam yola. S.Rüstəm.
2. Bir sıra isimlərdən...

ÇƏKƏLƏK (ID - 6880)

is. Yüngül ev ayaqqabısı, şapşap. ..[Lətifə] rəngbərəng parçadan tikilmiş ev çəkələyində səssiz addımlarla otağında gəzinir. M.Hüseyn. ..Qocanın çəkələklərinin şappıltısı və uzun illər boyu qəlyan çəkən adamlara...

ÇƏKİ1 (ID - 6881)

is. 1. Bir şeyin tərəzidə çəkilməklə müəyyənləşdirilən ağırlığı; vəzn. Taxılın çəkisi.
□ Çəki daşı - şeyləri çəkmək üçün ağırlıq ölçüsü kimi işlədilən müəyyən ağırlıqda cisim, tərəzi daşı....

ÇƏKİ2 (ID - 6882)

is. Parça, dəri və s. üzərində rəngbərəng saplarla işlənmiş bəzək: naxış; tikmə. Nuxa çəkiləri Azərbaycanda şöhrət tapmışdır. (Qəzetlərdən).

ÇƏKİ3 (ID - 6883)

bax çəkibalığı. Çıxardıq dənizə alaqaranlıq; Xəşəmin, çəkinin olmazdı sayı. N.Xəzri.

ÇƏKİBALIĞI (ID - 6884)

is. zool. Bədəni yoğun, quyruq hissəsi nazik, uzun, pullu balıq: çəki.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed