İzahlı lüğət

ÇOXDANKI (ID - 7385)

sif. Çoxdan olmuş, qabaqlar baş vermiş. Çoxdankı söhbət. Çoxdankı hadisə.

ÇOXDƏZGAHÇI (ID - 7386)

sif. Eyni zamanda bir neçə dəzgaha xidmət edən. Çoxdəzgahçı fəhlə.
// İs. mənasında. Çoxdəzgahçıların yarışı.

ÇOXDİLLİ (ID - 7387)

sif. 1. Müxtəlif dillərdə danışan adamlardan ibarət. Çoxdilli respublika.
2. Bir neçə dildə tərtib olunmuş. Çoxdilli lüğət.

ÇOXDİŞCİKLİ (ID - 7388)

sif. 1. Çoxlu xırda dişləri olan. Çoxdişcikli çarx.
2. zool. Çoxlu dişciyi olan. Çoxdişcikli balıq.

ÇOXDİŞLİ (ID - 7389)

sif. Çoxlu dişi olan. Çoxdişli çarx.

ÇOXEVLİ (ID - 7390)

sif. bot. İkicinsiyyətli çiçəklərlə yanaşı bircinsiyyətli çiçəkləri də olan. Qarabaşaq çoxevli bitkidir.

ÇOXƏRLİ (ID - 7391)

sif. Eyni zamanda bir neçə əri olan (bəzi tayfalarda nikah forması).

ÇOXƏRLİLİK (ID - 7392)

is. 1. Arvadın eyni zamanda bir neçə əri olmasından ibarət nikah forması (bəzi tayfalarda); poliandriya.
2. Eyni zamanda bir neçə əri olma (bəzi tayfalarda).

ÇOXƏSRLİ (ID - 7393)

sif. Çox əsr ərzində mövcud olan; çox əsr yaşayan, davam edən; qədim. Bakının çoxəsrli tarixi. Çoxəsrli ədəbiyyat.

ÇOXƏSRLİK (ID - 7394)

is. Çox əsr ərzində mövcud olma, davam etmə, yaşama. Ədəbiyyatımızın çoxəsrliliyi. Mədəniyyət abidələrinin çoxəsrliliyi.

ÇOXFAZALI (ID - 7395)

sif. elektr. Bir neçə və ya çox fazadan keçən. Çoxfazalı enerji. Çoxfazalı elektrik axını.

ÇOXFİQURLU (ID - 7396)

sif. Bir neçə və ya çoxlu fiquru olan. Sərgidə göstərilən çoxfiqurlu “Nümayiş” kompozisiyasına da bakılılar böyük maraqla baxırlar. (Qəzetlərdən).

ÇOXGÜCLÜ (ID - 7397)

sif. Bir neçə at qüvvəsində olan; qüvvətli (motor, maşın, mexanizm haqqında). Çoxgüclü maşın. - Trestin mədənlərində 40-dan artıq çoxgüclü elektrik motoru azgüclü motorlarla əvəz edilmişdir. (Qəzetlərdən).

ÇOXGÜNLÜ (ID - 7398)

sif. Günlərlə davam edən. Çoxgünlü səyahət. - Çoxgünlü kosmik uçuş müvəffəqiyyətlə başa çatdırıldı.

ÇOXHAKİMİYYƏTLİLİK (ID - 7399)

is. Eyni vəkaləti olan bir neçə hökumət orqanının eyni zamanda mövcud olması.

ÇOXHECALI (ID - 7400)

sif. dilç. Bir neçə və ya çoxlu hecadan ibarət olan. Çoxhecalı söz.

ÇOXHƏDLİ (ID - 7401)

sif. riyaz. Bir neçə təkhədlinin cəbri cəmindən ibarət olan. Çoxhədli ifadə.

ÇOXHÜCEYRƏLİ (ID - 7402)

sif. biol. Çoxlu miqdarda hüceyrədən əmələ gəlmiş. Çoxhüceyrəli orqanizm. Çoxhüceyrəli canlı.

ÇOXİLLİK (ID - 7403)

sif 1. bot. Bir neçə və ya çox il yaşayan (bitki haqqında). Çoxillik subtropik bitkilər. Çoxillik ot. - Çoxillik alaq texniki bitkilərin ən qatı düşmənidir. (Qəzetlərdən).
2. Bir neçə il davam edən. Çoxillik tədqiqat. Çoxillik...

ÇOXİŞLƏNƏN (ID - 7404)

sif Çox istifadə olunan, gündəlik ehtiyacı ödəmək üçün lazım olan, çox tələb olunan. Sənaye məhsulunun və çoxişlənən malların .. illik istehsal planları artıqlamasilə yerinə yetirilmişdir. (Qəzetlərdən).

ÇOXQANADLILAR (ID - 7405)

cəm zool. Çoxlu qanadları olan cücülər sinfi.

ÇOXQARINCIQLILAR (ID - 7406)

cəm zool. Bir neçə qarıncığı olan. Çoxqarıncıqlılar sinfi.

ÇOXQATLI (ID - 7407)

sif. Bir neçə qatdan ibarət olan; çoxlaylı, çoxtəbəqəli. Çoxqatlı karton.
// Çoxmərtəbəli.

ÇOXLAMPALI (ID - 7408)

sif. rad. Bir neçə və ya çoxlu elektron lampası olan. Çoxlampalı radioaparat. Çoxlampalı gücləndirici.

ÇOXLAŞMA (ID - 7409)

“Çoxlaşmaq”dan f.sif.

ÇOXLAŞMAQ (ID - 7410)

bax çoxalmaq. Ölkədə gündən-günə çoxlaşdılar; Hər əmələ, hər işə çulğaşdılar. M.Ə.Sabir.

ÇOXLAYLI (ID - 7411)

sif Çoxqatlı, çoxtəbəqəli.

ÇOXLU (ID - 7412)

sif. Sayca, miqdarca artıq; çox. Çoxlu adam. Çoxlu vəsait. - Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Ə.Haqverdiyev. Salman kişi [Aqilə] çoxlu dəftər, rəngli qələm alacağını vəd etdi. Mir Cəlal.

ÇOXLUCA (ID - 7413)

sif və zərf Lap çox, bolluca, çox-çox, bol-bol. Ağac çoxluca meyvə gətirib. Çoxluca işim qalıb. - ..Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyətdən .....

ÇOXLUQ (ID - 7414)

is. 1. Bir şeyin çox olması; bolluq, firavanlıq. Bazarda meyvənin çoxluğu. Məhsulun çoxluğu. Adamların çoxluğu.
[Dilara] evlərində heç vaxt həddindən artıq çoxluq və bəzək-düzək görməmişdi. M.İbrahimov.
2. Sayca çox...

ÇOXMƏCHULLU (ID - 7415)

sif. riyaz. Bir neçə məchulu olan. Çoxməchullu tənlik.

ÇOXMƏQSƏDLİ (ID - 7416)

sif. Bir neçə və ya çox məqsəd üçün istifadə edilən, çox məqsədi nəzərdə tutan. Hər hansı orbital kosmik stansiya çoxməqsədli kosmik kompleksdir. (Qəzetlərdən).

ÇOXMƏNALI (ID - 7417)

sif. dilç. Çox mənası olan. Çoxmənalı söz. “Baş ” çoxmənalı sözdür.

ÇOXMƏRTƏBƏ(Lİ) (ID - 7418)

sif Bir neçə və çoxlu mərtəbəsi olan. Çoxmərtəbə ev. Çoxmərtəbəli bina.

ÇOXMİLLƏTLİ (ID - 7419)

sif Çox millətlərdən, xalqlardan ibarət olan; çox millətləri, xalqları təmsil edən. Çoxmillətli dövlət. Çoxmillətli respublika. - [Aslan:] Triyest çoxmillətli şəhərdir və buna görə də burada həyat daha maraqlı olmalıdır....

ÇOXMİLYONLU (ID - 7420)

sif. Sayı, miqdarı, qiyməti milyonlarla hesablanan.

ÇOXMİNLİ (ID - 7421)

sif. Sayı, miqdarı, qiyməti minlərlə hesablanan.

ÇOXMOTORLU (ID - 7422)

sif. tex. Bir neçə motoru, mühərriki olan. Çoxmotorlu təyyarə.

ÇOXMÖVZULU (ID - 7423)

sif. Bir neçə və ya çoxlu mövzusu olan. Çoxmövzulu elmi tədqiqat planı.

ÇOXMÖVZULULUQ (ID - 7424)

is. Bir neçə və ya çoxlu mövzusu olma. Çoxmövzululuqla mübarizə. - [Elmi işlərin əlaqələndirilməsinin yarıtmaz olması] nəticəsində elmi işdə çoxmövzululuq, paralelizm halları əmələ gəlmişdir. (Qəzetlərdən).

ÇOXNÖVÇÜ (ID - 7425)

sif. İdmanın çox növü ilə məşğul olan idmançı.

ÇOXNÖVÇÜLÜK (ID - 7426)

is. idm. İdmanın bir neçə növündən ibarət yarış kompleksi. Çoxnövçülükdə birinci yeri tutmaq. Çoxnövçülük üzrə yarışlar.

ÇOXNÖVLÜ (ID - 7427)

sif Bir neçə və ya çoxlu növdən ibarət olan.

ÇOXOTAQLI (ID - 7428)

sif Bir neçə və ya çoxlu otaqdan ibarət olan. Çoxotaqlı mənzil.
Çoxotaqlı, geniş artırmalı, rəngin pəncərəli, ikimərtəbə imarət daşdan tikilmişdi. Çəmənzəminli.

ÇOXPARTİYALI (ID - 7429)

sif Bir neçə partiyanın nümayəndələrindən təşkil olunmuş. Çoxpartiyalı hökumət.

ÇOXPİLLƏLİ (ID - 7430)

sif Bir neçə hissədən, pillədən ibarət olan. Çoxpilləli kosmik raket.
Çoxpilləli seçki sistemi - birbaşa seçkilərdən fərqli olaraq, seçicilərə deputat və ya başqa seçkiçilər seçmək üçün ancaq seçkiçilər seçmək hüququ...

ÇOXPLANLI (ID - 7431)

sif Bir neçə sahəni, problemi nəzərdə tutan, qavrayan. Çoxplanlı tədqiqat əsəri. - Müəllif bir yerdə “Səhər ”i sadə olaraq çoxplanlı roman adlandırır. (Qəzetlərdən).

ÇOXRƏQƏMLİ (ID - 7432)

sif. Çoxlu rəqəmlərdən ibarət olan. Çoxrəqəmli say.

ÇOXRƏNGLİ (ID - 7433)

sif 1. Müxtəlif rəngli naxışları olan; ala-bəzək. Çoxrəngli parça.
mətb. Müxtəlif rənglərdə çap edən. Çoxrəngli çap maşını.
// Bir neçə rəngdə çap olunmuş. Çoxrəngli plakat. Çoxrəngli şəkillər.

ÇOXSAHƏLİ (ID - 7434)

sif Bir neçə və ya çoxlu sahəsi olan, bir çox sahələri əhatə edən.
// Bir çox sahəni əhatə edən. Çoxsahəli fəaliyyət. - Mən şair olduğum üçün onun [Mikayıl Mirzənin] çoxsahəli fəaliyyətinin bir qanadından - poeziya...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed